-1 C
Baku
Sunday, December 15, 2024

“Bank VTB” (Azərbaycan) maliyyə rəqəmlərini açıqladı

VTB bank ilin əvvəli ilə müqayisədə  əmanətlər yerləşdirməsi artıb. Bankın əmanət portfeli 3 rüb ərzində 3 mln. manat artaraq 50 mln. manata çatıb.

Bundan əlavə bankın Mərkəzi Bank (ilin əvəlindən 30 mln. manat 9 ayın sonunda silinib, “0” olub) və digər maliyyə qurumları (ilin əvəlindən 121 mln. manat 9 ayın sonunda 8 mln. manata kimi azalıb) arasındakı öhdəliklərinin kəskin azalıb.

Bildirək ki, ilin ilk rübündə səhmdarları tərəfindən banka əlavə maliyyə yatırımı edilərək nizamnamə kapitalı 50 mln. manatdan 315 mln. manata kimi artırılıb və bu da problemli kreditlərin silinmələri hesabına böyük həcimli zərər bankın cəmi kapitalının normada saxlamasına kömək olub.

Qeyd edək ki, hazırda bankın cəmi kapitalı 54,77 mln. manatdır.

Bank bu ilin yanvar-sentyabr ayları ərzində yuxarıda qeyd edilən səbəbdən 251 mln. manatlıq zərər edib.

Xatırladaq ki, Bank VTB (Azərbaycan)-nın səhmlərinə Rusiyanın ən böyük bankı olan “VTB” bankının 99,9999% ilə nəzarət edir.

Untitled 1

Son xəbərlər
Digər xəbərlər