“Bank VTB Azərbaycan” işçi heyətini bir qədər də böyütdü

Rusiya “VTB” bankının Azərbaycandakı törəməsi “Bank VTB (Azərbaycan)”nın işçi sayı 2019-cu ilin ilk yarımilliyi ərzində 9 nəfər artırıb.

Banker.az-ın xəbərinə görə, bu barədə bankın hesabatında deyilir.

Belə ki, 1 iyul 2019-cu il tarixdə 298 nəfər təşkil edib – bu ilin əvvəlində 289 nəfər idi.

Ümumiyyətlə, “Bank VTB (Azərbaycan)” il yarımda aktivlərinə görə kiçilməsinə rəğmən bank işçi heyətini isə, əksinə, böyüdür.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər