“Bank VTB” Azərbaycandakı törəməsi olan “Bank VTB (Azərbaycan)” ASC-dəki səhm paketinin bazar və investisiya dəyərinin qiymətləndirilməsi üçün sifariş verib.
“Prime” agentliyinə istinadən, qiymətləndirmə obyekti 124,497 mln. ədəd (səhmlərin 49%-i) səhmdir.
Qiymətləndirmə “Rossiyskaya otsenka” QSC tərəfindən aparılacaq. İşlər 1 ay müddətində aparılacaq. “Bank VTB” bunun üçün 4,65 mln. rubl ödəyəcək.
Bankdan bildirilib ki, qiymətləndirmə idarəetmə sahəsində qərarların qəbul olunması üçün lazımdır.
“Bank VTB (Azərbaycan)” 2009-cu ilin noyabr ayından etibarən fəaliyyətə başlayıb. Bankın səhmlərinin 51%-i “Bank VTB”-yə, 48,99%-i “AtaHoldinq” MMC-yə və 0,01%-i fiziki şəxsə məxsusdur.