9.1 C
Baku
Wednesday, November 6, 2024

“Bank VTB (Azərbaycan)”ın İdarə Heyətində təyinat

Rusiyanın “VTB” bankının Azərbaycandakı törəməsi “Bank VTB (Azərbaycan)” ASC-nin İdarə Heyətinə təyinat olub.

Banker.az xəbər verir ki, bankın səhmdarlarının qərarı ilə Korporativ biznesin inkişafı departamentinin direktoru Tural Camaləddin oğlu Hüseynov İdarə Heyətinin üzvü təyin edilib.

T.Hüseynov bank sektorunda 16 ildir çalışır. 2016-2017-ci illərdə “Bank VTB (Azərbaycan)”da Korporativ biznesin inkişafı departamentinin tranzaksiya biznesi idarəsinin rəisi vəzifəsində çalışıb. 2018-2022-ci illərdə “Unibank” ASC-nin Korporativ biznesin inkişafı departamentinin direktoru vəzifəsində çalışıb. 2022-ci ilin yanvar ayından “Bank VTB (Azərbaycan)” ASC-nin Korporativ biznesin inkişafı departamentinin direktorudur.

Xatırladaq ki, “Bank VTB Azərbaycan” 2003-cü ildən fəaliyyət göstərən “AF Bank” ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315.8 milyon manatdır. Bankın səhmlərinin 99.999995%-i “Bank VTB Rusiya” PSC-yə, 0.000005%-i isə Adıgözəl Ağayevə (“Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.

Son xəbərlər
Digər xəbərlər