27 C
Baku
Saturday, July 27, 2024

“Bank VTB” plastikdən imtina edərək, ekoloji cəhətdən təmiz olan kartlara keçir

“Bank VTB” bank kartlarının istehsalında plastikdən imtina edir, onun yerinə ətraf mühiti çirkləndirməyən biomaterialdan istifadə ediləcək.

Banker.az xəbər verir ki, bu haqda maliyyə təşkilatının idarə heyətinin sədri Anatoliy Peçatnikov məlumat verib. Yeni kartlar uzunömürlülüyünə görə standart plastikdən geri qalmayan polilaktiddən hazırlanacaq. Qeyd edək ki, hər iki materialın maya dəyəri eynidir.

2020-ci ildə 1 milyonadək müştərinin yeni kartlara keçməsi gözlənilir. Ekoloji kartları seçənlər üçün bank əlavə bonuslar və artan “cashback” verəcək.

Fiziki kartdan tamamilə imtina etmək istəyənlər tətbiq etmə vasitəsilə rəqəmsal debet kart ala bilərlər. Rəqəmsal kartın istifadəyə verilməsi ilin ikinci yarısına planlaşdırılıb.

Son xəbərlər
Digər xəbərlər