6 C
Baku
Monday, December 16, 2024

Bank VTB rəqəmsal debet kartlar xidmətini işə salıb

Bank VTB “Visa” beynəlxalq ödəmə sistemi ilə birlikdə “VTB-Online” mobil tətbiqetməsində rəqəmsal bank kartlarının emissiyasına başlayıb. “İndi müştərilər bank kartının bütün üstünlüklərini qoruyub saxlayaraq “Multicard” debet kartını rəsmiləşdirə və fiziki plastik olmadan istifadə edə bilərlər”, – deyə VTB-nin relizində qeyd olunur.

Rəqəmsal “Multicard” onlayn formatda tam hüquqlu debet kartıdır. “VTB-Online” sistemində dərhal buraxılır və üç valyutanın hər hansı birində verilə bilər: Rusiya rublu, ABŞ dolları və ya avro. Kart sahibləri PİN-kod və əməliyyatlar barədə bildiriş, habelə bonus proqramlarının birini seçmək imkanını özləri sazlaya bilərlər.

Müştərilər onlayn alış-veriş etmək üçün rəqəmsal kartın rikvizitlərini onlayn-bankda görə, həmçinin smartfon vasitəsilə “Apple Pay” və ya “Google Pay” cüzdanlarına əlavə edə bilərlər.

Bank VTB 2020-ci ildə rəqəmsal kredit kartını buraxmağı planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər