Filial şəbəkəsinin təkmilləşdirilməsi və müştəri xidmətləri keyfiyyətinin artırılması məqsədilə Bank “BTB” ASC-nin “Gəncə” filialı 4 noyabr tarixindən etibarən Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 234 ünvanında fəaliyyət göstərəcək. Beləliklə Gəncənin və ətraf rayonların sakinləri Bank BTB-nin xidmətlərindən daha rahat istifadə edə biləcəklər.
Filialda bankın müştəriləri üçün geniş çeşidli kredit məhsulları, sərfəli şərtlərlə depozit yerləşdirmək imkanı, kommunal və sair ödənişlər, hesablaşma-kassa əməliyyatları və digər xidmətlər təklif ediləcək. Əlavə olaraq, müştərilər onları maraqlandıran məhsul və xidmətlər barədə ətraflı məlumat ala biləcəklər.
Xidmət nöqtəsinin açılışında bankın rəhbərliyi iştirak etdi. Tədbirdə Bank “BTB” ASC-nin Müşahidə Şurasının Sədri, İdarə Heyətinin Sədri, İdarə Heyətinin üzvləri və Departament rəhbərləri də iştirak etdilər. «Bu gün biz “Gəncə” filialının rəsmi açılışını qeyd edirik. Bu şəhər və region yerləşdiyi strateji mövqeyinə görə, iqtisadi potensialına görə, təbii sərvətinə görə, mədəni irsinə və sosial-ictimai fəaliyyətinə görə çox zəngindir. Bu filialın açılışı ilə biz regionlarda iqtisadiyyatın real sektorunun inkişafına dəstək olmaq niyyətində olduğumuzu sübut edirik», deyə -Bank BTB -nin Müşahidə Şurasını Sədri Rza Sadiq bildirib
Bank xidmətləri haqqında (012) 946 qısa nömrəli Məlumat Mərkəzidən, www.btb.az rəsmi saytından və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.