25 C
Baku
Saturday, July 27, 2024

Bankı öz müştərisi edən müştəri

Düşünün, siz bankdan kredit götürürsünüz və bank sizə buna görə faiz ödəyir !

Rusiyanın Voronej vilayətindən olan 42 yaşlı Dmitriy Alekseyev məhz bu cür edib.

TKS bank adətən müştərilərə məktub şəklində müqavilə göndərir- kredit kartı almaq istəyən şəxs sadəcə həmən müqaviləni doldurub,imzalayıb banka göndərməlidir-bankda imzalanmış müqaviləni bir nüsxəsin müştəriyə göndərir, birini isə özündə saxlayır.

Aleksey bu prosesdə hiyləgər bir metod işlədir – bank müqaviləsini skanerdən keçirib xırda hərflərlə yazılan hissəni öz şərtləri ilə əvəz edir. Şərtlərə əsasən müştəri limitsiz və faizsiz kredit kartına malik olur.

Müştəri həmçinin bankın internet adresi əvəzinə öz internet adresini qoyur-orada müqavilənin ətraflı şərtləri təsvir olunub.Bank əgər həmən şərtləri yerinə yetiməsə müştəriyə 3 000 000 rubl ödəməlidir.

Qeyd edək ki , müqaviləyə hər dəyişikliyin qiyməti 3 mln. Rubl təşkil edir və bank müştəriyə 6 000 000 rubl ödəməlidir.

Tezliklə müştəri bank tərəfindən imzalanmış müqavilənin bir nüsxəsini alır. Müqavilə 2010 ildə imzalanmışdır.

Bir müddət sonra müştərinin ödəniş etmədiyinə görə bank müştərini 2012 ildə onu məhkəməyə verir. Müştəri banka əsas məbləğdən olan borcunu 19 000 rublu ödədikdən sonra bankı özü məhkəməyə verir. Müştəri hazırda özünün tərtib etdiyi müqaviləni pozduğuna görə bankdan 24 000 000 rubl tələb edir.

Artıq məhkəmənin birinci iclasında məhkəmə müqavilənin düzgün olduğunu təstiq edib. Voronejlinin məhkəməni udmaq şansları kifayət qədər çoxdur.

Son xəbərlər
Digər xəbərlər