Banker.azın PaşaBanka istinadən verdiyi məlumata görə, 31 Dekabr 2015 tarixinə bankın aktivlərinin həcmi 2.1 mlrd. manat təşkil etmişdir. Müqayisə üçün bildirək ki, 2014-cü ilin sonuna PaşaBankın aktivləri 1.3 mlrd. manat olub.
Banker.azın ekspertləri bu artımı daha çox devalvasiya nəticəsində bankın balansında dolların çox olması , bununlada onun manat ekvivalentində qiymətdə artması ilə bağlayırlar.
PaşaBankın mənfəəti isə ötən illə müqayisədə kəskin aşağı düşüb. Beləki , bankın 2014-cü ilin sonuna olan məfəəti 10.8 mln. manat təşkil etdiyi halda , 2015-ci ilin sonuna bu göstərici 2.9 mln. manat təşkil edib. İlkin ehtimallara görə, bankın gəlirinin düşməsinə həllecidi təsiri vaxtı keçmiş kreditlər üzrə ehtiyatların ayrılması edib.
Hazırda PaşaBankın balansının ümümi strukturu aşağıdakı kimidir:
Məlumat üçün bildirək ki, bankın vaxtı keçmiş kreditlərinin həcmi hazırda 84 mln. manat təşkil edir. 1 rüb öncə bu göstərici , yəni sentyabr ayının sonuna olan rəqəm 111 mln. manat idi.