21 C
Baku
Monday, August 15, 2022

Bankın ayaqqabı fabriki mənfəətini 3 dəfə artırıb

“Bakı Ayaqqabı-2” ASC 2021-ci ili 297 min manat xalis mənfəətlə başa vurub. 2020-ci ildə ASC-nin mənfəəti 110 min manat olub ki, bu da illik müqayisədə 3 dəfə artım deməkdir.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

2021-ci ildə “Bakı Ayaqqabı-2″nin cəmi gəlirləri 382 min manat ( əvvəlki ilə nisbətən 6.1% az), cəmi əməliyyat xərcləri isə 75 min manat (əvvəlki ilə nisbətən 4 dəfə az) təşkil edib.

Ötən il ayaqqabı fabrikinin cəmi aktivləri 7 milyon 983 min manat olub ki, bu da 2020-ci ilə nisbətən 4% artımdır. “Bakı Ayaqqabı-2″nin 2021-ci ildə kapitalı 4% artaraq 7 milyon 974 min manat olub.

Xatırladaq ki, “Xalq Bank” dermant ayaqqabılar istehsal edən zavodda payını artırıb. Bakının Heydər Əliyev Prospektində yerləşən 2 saylı Bakı Ayaqqabı Fabriki, yaxud hüquqi adı ilə “Bakı Ayaqqabı-2” ASC-dəki payını 2021-ci ildə 98.41%-dən 98.45%-ə qədər artırıb.

“Bakı Ayaqqabı-2” – hər bir səhmi 2 manat olmaqla ümumi 5 588 288 manatlıq nizamnamə kapitalı var. 1980-ci ildə fəaliyyət göstərməklə əsas fəaliyyət sahəsi ayaqqabı istehsalı olub. Lakin, fabrik 1999-cu ildən fədailiyini dayandırıb. Audit hesabatında qeyd edilir ki, bununla bank səhmdar cəmiyyətin investisiya əmlakını istifadə etmək məqsədi dayanır. Bank rəhbərliyinin 2 saylı Bakı Ayaqqabı Fabriki bağlı planlarında qəti bir fikirləri yoxdur.

Son xəbərlər
Oxşar xəbərlər