1 C
Baku
Saturday, December 14, 2024

Bankın qapıları kimlərə bağlıdır?

Müasir şəraitdə əhalinin əksəriyyəti həyat şəraitinin yaxşılaşdırılması üçün çox zaman kredit almağa maraq göstərirlər. Daha çox müraciət olunan kredit növləri sırasında istehlak kreditlərini, eyni zamanda ev almanın belə desək rahat üsullarından biri olan ipoteka kreditini misal göstərmək olar. Əksər istehlak kreditinə maraq göstərənlərin əsas səbəbi, həm ehtiyac duyulan anda lazımlı məbləği almaq və ehtiyacı ödəmək, ipoteka kreditində isə, təbii ki daşınmaz əmlak bazarında evlərin qiymətini nəzərə alsaq, eyni zamanda bu məbləği bir başa ödəməkdənsə hissə-hissə ödəmək optimal variantdır.

Lakin bankdan götürdüyünüz kreditləri geri ödəyə bilmək də vacib məsələlərdən biridir. Çünki, kreditinizi geri ödəyə bilmədiyiniz zaman kredit tarixçəniz korlana bilər. Bu zaman isə bankların sizə qarşı olan fikirləri dəyişə və növbəti kredit üçün müraciətdə artıq problemlər yarana bilər.

Çünki maliyyə ekspertlərinin fikrincə, mənfi kredit tarixçəsi olan müştərilərə uzun müddətli və iri məbləğlərin kreditə verilməsi əksər hallarda mümkün olmur. Qısaca borcalanın mənfi maliyyə tarixi və ya onun maliyyə tarixi korlanması banka növbəti kredit almaq üçün müraciətində onun nüfuzuna “qara ləkə” xarakteri daşıyacaq. Belə ki, borcalanın nüfuzuna zərər gətirən məqamlar müxtəlif səbəblərdən ola bilər.

Bank hansı müştəriləri arzuolunmaz hesab edir?

Kredit borcunuzu geri ödəyə bilmədiyiniz zaman isə bank sizə xəbərdarlıq edəcək. Bu xəbərdarlıqlara məhəl qoymasanız, iş məhkəməyə qədər gedib çıxa bilər. Təbii ki, bank sizdən həmin məbləği alacaq. Lakin, bundan sonra hər hansı digər bankdan, kredit əldə etmək heç də asan olmayacaq. Çünki, artıq sizin kredit tarixçəniz korlanıb və siz təhlükəli bank müştərisi hesab oluna bilərsiniz. Kredit tarixçənizdə bu laqeydliyi görən kreditorlar, sizə kredit verməkdən imtina belə edə bilərlər.  Təbii ki, bu tip bank müştəriləri kreditorlar üçün arzuolunmaz müştərilərdir.

Bəs bu zaman kredit götürmək üçün heç şans yoxdur?

Əgər bank korlanmış kredit tarixçənizə görə sizə kredit verməkdən imtina edərsə, bu, normal haldır. Ancaq öz kredit tarixçəsinizin korladığı vaxtlarda belə ümidi itirməyə dəyməz, belə ki, bəzi banklar mənfi kredit tarixçəsinə sahib olsanız da, sizə kredit verməyə razılaşa bilərlər. Lakin bu zaman ümumi şərtlərlə borcun əldə edilməsinə ümid bəsləmək olmaz.

Mənfi kredit tarixçəsi olan borcalana kreditlər yüksək faizlə və əlavə girov təminatı olmaqla verilə bilər. Bununla yanaşı, əlavə girov qismində təqdim olunan əmlak yüksək likvidliyi olmalıdır. Hərçənd, bir çox mütəxəssislərin fikrinə görə oxşar kreditin əldə edilməsi ən yaxşı və sərfəli variant deyil.

Mənfi kredit tarixçəsi olan insanın baş vura biləcəyi daha bir yol da heç bir gecikmə və pozuntu olmadan vaxtında geri qaytara biləcəyi bir neçə istehlak krediti götürməkdir. Bununla da o, bankların qarşısında öz borcalan imicinizi nisbətən bərpa edə bilərsiniz.

Həmçinin banklar bir neçə peşə sahibləri var ki, onlara çox vaxt kredit verməkdən imtina edirlər. Bu peşələrə hərbiçilər, neftçilər, jurnalistlər,yazıçılar, usta və yaxud taksi sürücülərini aid etmək olar.

Hərbiçilərin əməkhaqlarının yüksək olmasına baxmayaraq, onların hər an yaşadıqları yerləri dəyişmə ehtimalı daha çox olduğuna görə, kreditlərin verilməsi daha riskli hesab olunur. Bəzən isə iş yerlərindən çıxa bilmədiklərinə görə isə, kredit ödəmələrində gecişmələr ola bilər.

Neftçilərin də əməkhaqlarının yüksək olmasına baxmayaraq, onlara da kreditlərin verilməsi riskli hesab olunur. Çünki, hazırda bu sektorda ixtisarlar daha çox olur və işçi hər an öz işini itirə bilər.

Taksi sürücüləri də riskli peşələrdən hesab olunur.  Çünki, bu peşənin sahibi istənilən vaxt qəza törədə bilər. Fəaliyyəti dayandığı zaman isə ödənişlərini etməkdə çətinlik çəkə bilər. Həmçinin taksi sürücülərinin gəlirlərini də təsdiq etmək çox çətindir. Həmçinin usta kimi fəaliyyət göstərən şəxsləri də bu siyahəya aid etmək olar, çünki onların da gəlirlərini təsdiq etmək çətindir. Hazırda isə bütün banklardan kredit əldə etmək üçün iş yerindən arayış tələb olunur.

Bankların kredit verməkdə imtina edə biləcəyi sahələrin siyahısına jurnalistləri də daxil etmək olar. Çünki, bəzi demaqoq jurnalistlər var ki, hər fürsətdən istifadə etməyi bacarırlar. Həmçinin kredit ödənişlərini edə bilmədikləri zaman bankın adını pis hadisələrdə hallandıra bilər.

Son xəbərlər
Digər xəbərlər