“Bank of Baku” ASC-nin vəzifəli şəxsi cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə 10 min manat cərimə edilib.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Məlumata görə, pozuntu Mərkəzi Bankın apardığı cari nəzarət prosesləri çərçivəsində müəyyən edilib.
Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə bankın vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunaraq 10 min manat məbləğində cərimələnib.







