Banklara təyin olunan müvəqqəti inzibatçı müqavilələrin şərtlərinin ədalətsiz və ya maliyyə təşkilatının xeyrinə olmadığını müəyyənləşdirdiyi təqdirdə bu müqaviləni etibarsız elan edəcək. “Banklar haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi barədə qanun layihəsində nəzərdə tutulub.
Layihədə qeyd olunub ki, müvəqqəti inzibatçı 45 gün ərzində aşağıdakı halların mövcud olduğu (son 2 illik) müqavilələri etibarsız hesab edir, həmin müqavilələrdən əsasında əldən çıxmış aktivlərin geri qaytarılması və banka dəyən zərərin ödənilməsi üçün tədbirlər görür:
1. Bankın əmlakının aşağı şərtlərlə özgəninkiləşdirilməsi/ istifadəsi
2. Kredit müqavilələri ilə müştərilərə qeyri-adi güzəştlərin verilməsi
3. Bank aktivlərinin ələ keçirilməsi məqsədilə bağlanan müqavilələr
4. Bəzi kreditorlarla imtiyazlar və ya güzəştlər ehtiva edən əqdlər
5. Aidiyyəti şəxslərlə qanunsuz və ya kreditorların maraqlarına təhlükə yaradan
müqavilələr
6. Bankın real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı məbləğdə müqavilələr
bağlamaqla satınalma
7. Kredit təminatlarının dəyərinin şişirdilməsi
APA