17 C
Baku
Friday, April 19, 2024

Bankir Dubaya “təyinat alması”ndan danışdı

Xəbər verdiyimiz kimi, APA informasiya agentliyi bu gün alternativ maliyyələşdirmə üzrə müstəqil ekspert Behnam Qurbanzadənin Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Begatech” şirkətinin baş direktoru təyin edilməsi barədə məlumat yayıb.

B.Qurbanzadə isə virtualaz.org saytına açıqlamasında bu məsələyə aydınlıq gətirib. O, bu xəbərin yanlış olduğunu deyib.

“Mən Beynəlxalq Bankı tərk edəndən sonra heç yerdə işləmirəm. Analitik kimi müstəqil fəaliyyətə başlamağı planlaşdırıram. Maliyyə qurumlarına, özəl sektora, sahibkarlara, ayrı-ayrı müəssisələrə məsləhətlər vermək niyyətindəyəm. Mənim Dubaya təyinat almağıma gəlincə isə bu, mətbuatın növbəti dəqiqləşdirilməmiş informasiyasıdır. Bu məlumat KİV-də gedəndən sonra bir neçə saytla əlaqə saxladım və dəqiq informasiyanı onlara təqdim etdim” – deyə B.Qurbanzadə bildirdi.

Son xəbərlər
Digər xəbərlər