2 C
Baku
Sunday, December 15, 2024

Bankirin qətlə yetirilməsinin təfərrüatları

Xəbər verdiyimiz kimi, dünən “Avropa” otelindəki davada “Zaminbank”ın Nəsimi filalının müdri bıçaqlanaraq qətlə yetirilib.

Bankın filial müdiri Azər Məmmədov 1985-ci ildə anadan olub. O, Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. Bank rəsmisinin ölümündə şübhəli bilinən Sənan Quliyev isə hələ ki, həbs olunmayıb və tutulması üçün əməliyyat tədbirləri keçirilir.

Qeyd edək ki, hadisə dünən “Avropa” otelində baş verib. Azər Məmmədov oteldə məşq edərkən bir nəfərlə qarışıq döyüş növləri üzrə məşqçi Ruslan Əfəndiyevin mübahisəsi yaranıb. Həmin şəxslə məşqçi arasında dava düşüb. Bu zaman Azər onları aralaşdırmaq istəyərkən hücuma məruz qalıb. Sənan Quliyev bıçaqla məşqçiyə və Azərə zərbələr vurub.

Azər aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. R.Əfəndiyev isə özəl klinikalardan birinə çatdırılıb.

19489 196681 644016 694203 791344

Qafqazinfo

Son xəbərlər
Digər xəbərlər