3 C
Baku
Saturday, December 14, 2024

Bankirlər: Türkiyə Mərkəzi Bankının ümumi valyuta ehtiyatları keçən həftə $5 milyard azalıb

Türkiyədə may seçkiləri yaxınlaşdıqca artan xarici valyuta tələbi səbəbindən Türkiyə Mərkəzi Bankının ümumi valyuta ehtiyatlarının ötən həftə $5 milyarddan çox azalaraq təxminən $116 milyarda düşəcəyi gözlənilir.

Banker.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi bankirlərin açıqlamasına istinad edir.

Sektorun məlumatlarına əsaslanan beş bankirin hesablamalarına görə, ümumi ehtiyatların azalması keçən həftə orta hesabla 5.4 milyard dollar proqnozla 4.8-6.1 milyard dollar arasında olub.

Bankirlərə görə ölkədə prezident və parlament seçkiləri ərəfəsində son həftələrdə foreks tələbinin açıq şəkildə artdığını bildiriblər.

Fevralın əvvəlində baş verən dağıdıcı zəlzələlərdən sonra türk lirəsi dollar qarşısında təxminən 3.1% dəyər itirib. Bakı vaxtı ilə 12:00 radələrinə USD/TRY 19.4243 səviyyəsində olub.

Mərkəzi Bankın məlumatları göstərdi ki, qızıl və valyuta ehtiyatlarının cəmi olan ümumi ehtiyatlar fevralın 3-də olan 129.63 milyard dollardan aprelin 14-nə kimi 121.5 milyard dollara düşüb.

Agentlik bildirir ki, xalis ehtiyatlarda azalma gözlən olsa da, hesablamalara görə, ümumi ehtiyatların azalması qədər böyük deyil.

Bu həftə  və növbəri həftə ərzində baş verəcək vacib hadislələr:

  • Türkiyə uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayır – ehtimal 8.5%-də sabit saxlayacaq.
  • Xariclə ticarət balansı açıqlanacaq – Fevralda defisitlə bitirmişdi.
  • İnflyasiya göstərcisinin illik 51.33% olacağı proqnoz edilir.

 

Son xəbərlər
Digər xəbərlər