Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlının 17 avqustda bank rəhbərləri ilə görüşü keçirilmişdir.
Görüşdə çıxış edən R. Aslanlı Azərbaycan iqtisadiyyatı və bank sektorundakı durum barədə məlumat verib. Həmçinin görüşdə həyata keçirilən nəzarət tədbirləri və yeni trendlər müzakirə edildi.
Görüşün sonunda Azərbaycanda fəaliyyət göstərən bankların səhmdarları və rəhbərləri onları narahat edən mövzularla bağlı suallar verdilər və qərara alındı ki, bucür görüşlər mütəmadi şəkildə təşkil olunacaq.