10 C
Baku
Friday, December 13, 2024

Banklar 14 Fevralda da sevgililəri unutmadı

Budur, bir çoxlarının səbrsizliklə gözlədiyi, bəziləri üçün isə sıradan bir gün olan 14 Fevral Sevgililər günü artıq yaxınlaşır. Hər kəsin ağlında demək olar ki, “nə hədiyyə alacam?” deyə suallar yaranır. Bir çox mağazalar isə bayram ilə əlaqədar olaraq endirim kampaniyalarına start veriblər.

Həmçinin banklar da bir –birini təbrik etmək istəyən cütlüklərə, hədiyyə ala bilmələri üçün bir sıra endirim kampaniyalarına start verib. Lakin, çox təəssüflər olsun ki, bu bankların siyahısı bir o qədər də çox deyil. Digər bayramlardan fərli olaraq, 14 Fevralda sevgililər üçün sadəcə 5 bank endirimlər edib.

facepost,-insta,-reliz14 Fevral və ya digər bütün bayramlarda müştərilərini düşünən və onlar üçün müvafiq endirimlər edən bank isə Unibankdır.  Belə ki, fevralın  13-ü, 14-ü və 15-də Albalı Plus (Albalı) kartı ilə  partnyor mağazalarda və ticarət mərkəzlərində 3 taksitdən yuxarı alış- veriş etsəniz, dəyərini  daha uzun müddətə yəni  14 aya geri ödəyə biləcəksiniz. Məsələn, siz taksiti 3 aylıq olan məhsulun dəyərini 5 ay, 6 aylıq olan məhsulun dəyərini 8 ay, 12 aylıq olan məhsulun dəyərini isə 14 ay müddətinə ödəyəcəksiniz. Həmçinin,  Albalı Plus (Albalı) kart sahiblərini  mağazalarda xüsusi endirimlər və hədiyyələr  də təqdim olunacaq.

post facebookBütün bayramlara uyğun kampaniyalara start verən bank isə Bank of Baku-dur.

Belə ki, 14 fevral Sevgililər günü ilə əlaqədar Bank of Baku -nun  Bolkart sahibləri Fevral ayının 13-dən 15-dək  kartları ilə hər hansı məhsulu alıb, onun dəyərini 14 ayadək ödəmək imkanı qazana bilər.

Beləliklə, siz 3, 6 və ya 12 ay ödənişli mağazada cari il 13-15 fevral tarixlərində alış-veriş edəcəyiniz  təqdirdə əlavə 2 ay hədiyyə qazanaraq, malın dəyərini 5, 8 və 14 aya bölüb ödəmək imkanı əldə edəcəksiniz. Bu kampaniya yalnız 1 aylıq ödəmə müddətli mağazalara şamil edilmir.

sevgililer gunuKampaniyaya start verən digər bank isə, Yapı Kredi Bank Azərbaycan-dır.

Beləliklə, kampaniya şərtlərinə əsasən, əgər siz Worldcard sahibisinizsə  15 fevrala kimi seçilmiş World Üzv Ticarət Obyektlərindən 30 manat və üzəri alış-veriş edərkən, ödəməyə 2 ay sonra başlama şansını əldə edə bilərsiniz.

Endirim edən növbəti bank isə Expressbank-dır. Belə ki, əgər siz Expressbank-ın kart 10639605_887830311267289_4470470367392818713_nsahibisinizsə Garden.az internet mağazasında “Expressbank endirim klubu” proqramı çərçivəsində endirim əldə edə bilərsiniz. Sayt vasitəsilə gül və ya digər məhsulları alarkən, 5% endirimdən yararlana biləcəksiniz. Alış-veriş zamanı Expressbank kartı ilə onlayn əməliyyat edərkən, müvafiq bölmədə kartın 16 rəqəmli kodunun ilk 6 rəqəmini daxil etmək zəruridir.

Bank Respublika isə plastik kart sahiblərinə İdeal Parfümeriya və kosmetika mağazaları şəbəkəsi Sevgililər Günü ilə əlaqədar olaraq 40%-dək endirim edir. Həmçinin, PayKart-dan 10% bonus hədiyyə olunacaq. Kampaniya 9-16 fevral tarixlərində aktivdir.

Qeyd edək ki, 14 Fevral 270-ci ilində Valentinenin ölüm günü, o gündən sonra Sevgililər Günü olaraq qeyd olunmağa başlanmışdır. Həmin gündən etibarən isə 14 Fevral “Valentin günü” kimi bütün dünya ölkələrində qeyd olunur. Bu gün, bütün sevgililər bir –birinə hədiyyə alırlar. Qısacası, bu xüsusi gündə yanınızda həqiqətən sevdiyiniz birinin olması və sevginizin qarşılığının olduğunu bilmək hər halda bütün hədiyyələrdən dəyərlidir.

Sonda isə, bütün sevgililər qarşıdan gələn gününüz mübarək olsun.

Son xəbərlər
Digər xəbərlər