18 C
Baku
Saturday, April 27, 2024

Banklar bankomat şəbəkələrini genişləndirir – 15 yeni bankomat quraşdırılıb

2020-ci ilin oktyabr ayında Azərbaycanda banklar tərəfindən 2 655 bankomat quraşdırılıb. Ötən ilin müvafiq dövründə isə quraşdırılan bankomatların sayı 2 612 olub.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Cari ilin sentyabr ayında isə cəmi bankomatların sayı 2 640 olub. Belə ki, aylıq müqayisədə 15 yeni bankomat quraşdırılıb.

Bakıda oktyabrda bankomatların sayı 1 392, regionlarda isə 1 263 olub. İllik müqayisədə Bakıda bankomatların sayı 0.7% azalıb, regionlarda olan bankomatların sayı isə 4.4% artıb.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər