27 C
Baku
Saturday, July 27, 2024

Banklar birbaşa qiymətli kağızlar bazarına çıxa biləcək – Baş bankir

Azərbaycan Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün faiz dəhlizi ilə bağlı təşkil olunmuş press-konfransda bildirib ki, yerli banklar investisiya şirkətlərinin vasitəçiliyi olmadan qiymətli kağızlar bazarına çıxa biləcəklər.

Rüstəmov əlavə edir ki, hazırda banklar qiymətli kağızlar bazarına investisiya şirkətləri vasitəsilə çıxa bilirlər. Banklar bunun üçün öz investisiya şirkətini yaradırlar.

“Bankların investisiya şirkətlərinin vasitəçiliyi ilə qiymətli kağızlar bazarına çıxmaları bürokratiyaya və əlavə xərclərə səbəb olub. Biz qanunvericilik təşəbbüsü ilə çıxış edəcəyik ki, banklar özləri birbaşa qiymətli kağızlar bazarına çıxa və iştirak edə bilsinlər”.

Son xəbərlər
Digər xəbərlər