8 C
Baku
Thursday, February 29, 2024

“Banklar haqqında” qanuna dəyişiklik edildi

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 130; 2005, № 4, maddə 276; 2007, № 5, maddə 401, № 6, maddə 562, № 11, maddə 1070; 2008, № 11, maddə 960; 2009, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 4, maddə 276, № 10, maddə 839; 2011, № 7, maddə 590; 2013, № 7, maddə 790; 2014, № 7, maddə 772, № 12, maddə 1517; 2015, № 11, maddə 1262; 2016, № 3, maddə 406, № 6, maddə 975; 2017, № 4, maddə 521, № 11, maddə 1956, № 12, maddə 2227; 2018, № 1, maddə 33, № 5, maddə 842, № 7, maddə 1389) aşağıdakı dəyişikliklər edilsin:

1. 19.1-ci maddədə “yaradılır” sözündən sonra “və fəaliyyət göstərir” sözləri əlavə edilsin.

2. 23-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Cəmiyyətin icra orqanının səlahiyyətləri müqaviləyə əsasən başqa hüquqi şəxsə və ya fərdi sahibkara (idarəçiyə) verilə bilməz.”.

3. 24.1.8-ci maddədən “və Audit Komitəsinin”, “həmin idarəetmə orqanlarının” sözləri çıxarılsın və həmin maddədə “bankın inzibatçılarının” sözlərindən əvvəl “bu Qanunun tələbləri nəzərə alınmaqla” sözləri əlavə edilsin.

4. 24.3-cü maddənin ikinci cümləsinə “ümumi yığıncaqları” sözlərindən sonra “(o cümlədən yenidən və təkrarən çağırılan ümumi yığıncaqlar)” sözləri əlavə edilsin.

5. 24.5-ci maddənin birinci hissəsinin ikinci cümləsinə “hər bir” sözlərindən sonra “növbəti” sözü, ikinci hissəsinin ikinci cümləsinə “qaydası” sözündən sonra “və müddəti” sözləri əlavə edilsin.

6. Aşağıdakı məzmunda 25.1.5-1-ci maddə əlavə edilsin:

“25.1.5-1. bankın Audit Komitəsinin üzvlərini təyin və azad etmək, Audit Komitəsinin əsasnaməsini təsdiq etmək;”.

7. 25.1.9-cu maddədə “bankın nizamnamə kapitalının” sözlərindən əvvəl “bu Qanunun 24.3-cü və 25.1.10-cu maddələrinin tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilsin.

8. 25.2-ci maddənin ikinci cümləsində “4” rəqəmi “3” rəqəmi ilə əvəz edilsin.

9. 26.2-ci maddənin ikinci cümləsində “4” rəqəmi “3” rəqəmi ilə əvəz edilsin.

10. 27.3-cü maddədə “4” rəqəmi “3” rəqəmi ilə, “Səhmdarların Ümumi Yığıncağı” sözləri “Müşahidə Şurası” sözləri ilə əvəz edilsin.

11. 27.4-cü maddədə “fiziki şəxslər” sözləri “, habelə bankın digər idarəetmə orqanlarının üzvü olan şəxslər” sözləri ilə, “Səhmdarların Ümumi Yığıncağının” sözləri “Müşahidə Şurasının” sözləri ilə əvəz edilsin.

12. 28.1-ci maddənin birinci cümləsindən “İdarə Heyəti və” sözləri çıxarılsın.

13. 58.2-ci maddənin birinci cümləsinə “ləğvi” sözündən sonra “bu Qanunun tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilsin.

14. 59.8-ci maddənin birinci cümləsinə “ləğvi” sözündən sonra “bu Qanunun tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilsin.

Prezident həmçinin qanunun dəyişdirilməsi ilə bağlı sərəncamada imza atıb.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1296-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 dekabr 2018-ci il.

 

 

Son xəbərlər
Digər xəbərlər