7 C
Baku
Sunday, December 15, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri Banklar hazırda hansı taksit kartları təklif edirlər? -SİYAHI

Banklar hazırda hansı taksit kartları təklif edirlər? -SİYAHI

0
Banklar hazırda hansı taksit kartları təklif edirlər? -SİYAHI

Dünyada kredit kartlarından ilk dəfə 1920-ci illərdə ABŞ-da istifadə edilməyə başlamışdır. Lakin bu kartlardan yalnız məhdud xidmətlərin ödənilməsi üçün istifadə edilə bilərdi.Müasir kredit kartlarının sələfi kimi tanınan ilk kredit kart “Bank of Amerika”-nın “Bank Americard” kartıdır və 1958-ci ildə ABŞ-da təqdim edilmişdir. Avropada isə ilk dəfə 1970-ci illərin əvvəlləri  İngiltərədə kredit kartlardan istifadə olunmuşdur. Banklar tərəfindən zaman-zaman müştərilər üçün daha cəlbedici olsun deyə kredit kartlara müxtəlif  imtiyazlar və əlavə xidmətlər təklif edilmişdir. Taksit sistemi bu imtiyazlardan biridir. Taksit sistemi — plastik kartlarla hesablaşma zamanı ödənişi bərabər hissələrlə həyata keçirməyə imkan verən sistemdir.  Qardaş Türkiyədə 1999-cu ildən tətbiq edilən  bu sistem Azərbaycanda ilk dəfə olaraq 2011-ci ildə Bank of Baku tərəfindən  “Bolkart” layihəsi adı altında müştərilərin xidmətinə təqdim edilib. Qısa zamanda Azərbaycanın pərakəndə bankçılıq sahəsində aparıcı digər Bankları da bu xidməti təklif edən kredit kartları emissiya etməyə başladılar. Bərpa olunan kredit xətti funksiyası olan bu kartların nağdlaşma imkanları olsa da daha çox Taksit funksiyası ön plana gətirilirdi. Vaxtilə bu tip kartları təklif edən Bankların sayı artmaqda idi, lakin hal-hazırki iqtisadi durğunluq dövründə Taksit kartları təklif edən Banklar barmaqla sayılacaq qədər azdır. Banker.az komandası olaraq bu dəfə Azərbaycan Taksit Kart bazarını araşdırdıq. Aşağıda sizlərə Taksit kartlar haqqında ümumi məlumatı və bu kartların Taksit, Nağdlaşma və Ödəniş şərtləri barədə məlumatı sizin diqqətinizə çatdırırıq.

Banklar tərəfindən təklif edilən taksit kartların siyahısı və onlar haqqında qısa informasiya:

[table id=480 /]

Kartların xüsusiyyətləri haqqında detallı informasiya:

[table id=479 /]