10 C
Baku
Thursday, December 12, 2024

Banklar bu rüb istehlak kreditlərinə tələbin artacağını gözləyir

Azərbaycanda istehlak kredit portfeli, xüsusilə əməkhaqqı kreditlərinin təsdiqi standartları son rüb ərzində yumşaldılıb.

Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın “Kreditləşmə fəaliyyətinə dair növbəti sorğunun nəticələri barədə” olan araşdırmasında bildirilir.

Son rüb ərzində istehlak kreditləri üzrə tələbin əsas artımı əməkhaqqı kreditləri və kredit kartları üzrə olmuşdur. İri banklar üzrə bu göstərici daha yüksək olmuşdur.

Qeyd edilir ki, banklar III rübdə istehlak kreditlərinə olan tələbin artmasını gözlədiklərini bildiriblər. İri banklar əsasən kredit kartlarına, digər banklar isə əməkhaqqı kreditlərinə tələbin artmasını proqnozlaşdırıblar.

Xatırladaq ki, sorğu 2022-ci ilin I rübündən etibarən rüblük əsasda keçirilir. Cari hesabat II rüb üzrə sorğunun nəticələrini əks etdirir. Hesabatda təqdim olunan gözləntilər Azərbaycan Mərkəzi Bankının gözləntilərini deyil, yalnız kreditləşmə fəaliyyətinə dair sorğunun respondentlərinin (bankların) kreditləşmənin cari və gələcək tendensiyası ilə bağlı qiymətləndirmələrini əks etdirir.

Web capture 21 9 2022 154029 uploads.cbar .az

Son xəbərlər
Digər xəbərlər