Azərbaycanın bank seltoru 2018-ci ilin ilk 5 ayə ərzində cəmi 700,9 mln. manat faiz gəliri əldə edib.
Banker.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının 1 iyun 2018-ci il tarixinə olan statistik göstəricilərində deyilir.
Ötən ilin analoji dövrü ilə müqayisədə faiz gəlirləri 138.8 mln. manat, yəni, 17 faiz daha az olması deməkdir.
Bankların faiz xərcləri azalaraq 250 mln. manat təşkil edib.
Beləliklə bank sektorunun ilin 5 ayını 5,5 mln. manat zərər edib. Bu da ötən aylarla müqayisədə nisbətən bankların mənfəətlə bağlı göstəricilərinin müsbətə doğru getməsidir. Qeyd edək ki, apreldə bu rəqəm 57.1 mln. zərələ qeyd olunmuşdu. Göründüyü kimi may ayı ərzində 51.6 mln. manat mənfəət olması zərərin həcmini azaldıb.