-1 C
Baku
Saturday, December 14, 2024

Banklar milli və xarici valyutada ən aşağı faizlə hansı regionlarda əmanət qəbul edirlər? – SİYAHI

2020-ci ilin yanvar ayının 1-nə ölkədə regionlar üzrə cəlb olunmuş əmanətlər 8 milyard 638 milyon manat olub.

Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Təkcə Bakı şəhərinə cəlb olunmuş əmanətlər 7 milyard 811 milyon manat təşkil edib ki, onun 3 milyard 439 milyon manatı milli valyutada, 4 milyard 372 milyon manatı isə xarici valyutada verilib.

Banklar milli valyutada  depozitləri ən yüksək faizlə  ilk üç pillədə 6,7% olmaqla Lənkəran iqtisadi rayonunda, 6,6% olmaqla Abşeron iqtisadi rayonunda, 6,3% olmaqla Gəncə-Qazax iqtisadi rayonunda qəbul edir.

Milli valyutada isə ən aşağı faizlə bankların depozit qəbul etdiyi regionlar isə Naxçıvan iqtisadi rayonu (2,6%) , Yuxarı Qarabağ rayonu (3,6%) , Şəki-Zaqatala iqtisadi rayonudur(4,4%).

Xarici valyutada ən yüksək faizlə depozit qəbul edilən regionlar isə 2 % olmaqla Yuxarı Qarabağ iqtisadi rayonudur. Bankların xarici valyutada ən aşağı faizlə əmanət cəlb etdiyi regionlar isə Naxçıvan iqtisadi rayonu(0,2%) , Dağlıq Şirvan (1,3%) iqtisadi rayonlarıdır.

rayon

Son xəbərlər
Digər xəbərlər