İlk növbədə bilməlisiniz ki, banklar bəzi peşə sahiblərinə kredit verməkdən imtina belə edir. Həmin peşə sahiblərinə kreditlərin verilməsini riskli hesab edir. Bu peşələrə hərbiçilər, neftçilər, jurnalistlər,yazıçılar, usta və yaxud taksi sürücülərini aid etmək olar.
Lakin banklar bəzi şəxslərə çox asanlıqla kredit verirlər. Bəs kimlər bankdan rahat şəkildə kredit əldə edə bilərlər?
Bu şəxslər heç vaxt bank müştərisi olmayan və yaxud bankın daimi müştəriləri də ola bilər. Təbii ki, bəzi banklarda risk siyasətindən asılı olaraq , bank krediti olmayan adama yalnız məhdud məbləği verə bilərki müştərinin ödənişləri necə etdiyinə baxa bilsin.
Heç vaxt bank müştərisi olmayan şəxslər – bankdan heç vaxt kredit əldə etməyən bir çox şəxslər ola bilər. Lakin, əgər düzgün maaşı olan və bankın tələbinə uyğun iş stajınız varsa şəxsiyyət vəsiqəniz və digər sənədləri tələb olunan sənədləri banka təqdim edərək, gəlirlərinizə uyğun kredit əldə edə bilərsiniz.
Bir neçə dəfə bank müştərisi olan şəxslər- Bankın müxtəlif cür müştərisi ola bilər, bunlara müsbət və mənfi tarixçəsi olan şəxslər daxildir. Müsbət tarixçəsi daimi müştərilərə banklar daha çox etibar edirlər. Əgər siz də bankın daimi müştərisisizsə, bank sizə kredit verməkdən heç vaxt imtina etməyəcək (istisna hallar xaric ).
Əgər mənfi kredit tarixçəniz varsa bank sizə kredit verməkdən imtina edə bilər. Həmçinin banklar təkrar müştəriləri üçün bir sıra endirimlər belə edirlər. Təbii ki, bu endirim və güzəştlərin arxasında, bankın müştərini itirmək istəməməsi dayanır. Çünki, müsbət kredit tarixçəsinə sahib olan müştərilərlə işləmək bank üçün daha sərfəlidir.
Mübət kredit tarixçəsi necə olur- bu gecikmələrin tamamı ilə olmadığı və qrafik üzrə səlis ödənişləri edən müştərilərin kredit tarixçələridir. Təsadüfi gecikmələrdən yayınmaq üçün, belə vətəndaşlar borcu əksər halda öncədən ödəyirlər. Belə müştərilərə bankirlər də daha aşağı və ya güzəştli kredit şərtləri təklif edirlər.
Banklar müştərinin stabil gəlirinə nəzər yetirir. Hətta əgər müştərinin aylıq gəliri, kreditin aylıq ödənişindən kifayət qədər yüksəkdirsə, o zaman həmin şəxs daha rahat ala biləcək. Həmçinin banklar nüfuzlu şirkətdə rəhbər vəzifəsində çalışan şəxslərə də xüsusi diqqət ayırır.
Bununla yanaşı müştərinin likvid girovunun olması da işi rahatlaşdırır. Misal üçün əgər, siz banka qızıl girov qoyaraq kredit almaq istəsəni, bank sizə hətta 30 dəqiqə ərzində belə kredit ayıra bilər.
Banklar yeni müştərilərin kredit müraciətlərinə baxdığımız zaman, onların digər banklarda olan kredit tarixçələrinə nəzər salır, gecikmələrinin olub- olmamasına fikir verirlər. Banklar tərəfindən bu və digər parametrlər üzrə xüsusi anderraytinq alətləri hazırlanıb ki, bunların əsasında da sizə uyğun kredit məbləği təyin olunur.
Bu məqsədlə banklar qeyd etdiyimiz müştərilərə xüsusi diqqət ayırır və bu tipdə müştərilərə hər zaman tərəddüd etmədən kreditlər ayırırlar. Çalışın ki, gələcəkdə yenidən rahat şəkildə kredit əldə edə bilməyiniz üçün kreditlərinizi heç vaxt gecişdirməyin.