4 C
Baku
Sunday, February 25, 2024

Banklar öz hesablarına İKZF-dən daha çox ipoteka krediti verib

Azərbaycanda ipoteka kreditlərinin orta faiz dərəcəsi artıq üçüncü aydır ki, artan trendlə gedir.

Banker.az xəbər verir ki, 2022-ci ilin dekabrında ölkə üzrə ipoteka faizləri 6.33%-dən 6.34%-ə yüksəlib. Beləliklə, illik ödəniş faizləri 2021-ci ilin aprelindəki bençmarka yaxınlaşıb.

2022-ci ildə dövlət büdcəsindən İpoteka və Kredit Zəmanəti Fonduna cəmi 95 mln. manat həcmində subsidiya ödənilib, bu illik müqayisədə 34% artımdır.

Qalan 450 mln. manatı isə İKZF-ə fond bazarında emissiya etdiyi istiqrazlardan daxil olub.

Fondun maliyyə mənbəsinin öncəki ildən bu il daha çox olmasına rəğmən banklara öncəki ildən daha az yenidən maliyyələşmə ipoteka krediti təqdim edir. İKZF tərəfindən cəmi 406.8 mln. manatlıq yenidən maliyyələşdirilmiş ipoteka kreditləri banklara verilib. Bu öncəki ildən 0.8% azdır.

Banklar isə öz vəsaitləri ilə 422.5 milyon manatlıq ipoteka krediti verib, bu da öncəki ildə qeydə alınan (356.2 mln. manat) 19% çoxdur.

Xatırladaq ki, 1 yanvar 2023-cü il tarixinə 2 mlrd. 985.2 mln. manat olub.

Son xəbərlər
Digər xəbərlər