9 C
Baku
Thursday, December 12, 2024

Bankların özləri tərəfindən verilən ipoteka kreditini böyük fərqlə artırıb

Azərbaycanda kommersiya bankları tərəfindən iyun ayında verilən ipoteka kreditlərinin həcmi öncəki aprel və mart aylarından daha kəskin fərqlə çox olub.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının cari ilin iyun ayı üzrə icmal göstəricilərində deyilir.

Bankların hesabat dövründə 18.7 mln. manatlıq ipoteka kreditləri müştərilərə təqdim edib. Bu öncəki aprel ayında 11.5 mln. manat, may ayında 8.6 mln. manat idi. Lakin, fevralda 28 mln. manat olub.

Cari ilin III ayından başlayaraq koronavirus pandemiyası səbəbindən ölkədə əksər banklarda istehlak kreditlərinin həcmində azalmalar müşahidə edilib. Bunu tam olaraq pandemiya ilə əlaqələndirmək bir qədər çətindir. Məsələn, 2017-ci ilin analoji (iyun) ayında 11.9 mln. manat, 2018-ci ildə 21.4 mln. manat və 2019-cu ildə isə cəmi 14 mln. manatlıq ipoteka krediti təqdim edilib.

Ölkədə İpoteka və Kredit Zəmanəti Fondu tərəfindən təqdim edilən güzəştli ipoteka kreditinin həcmi hesabat dövründə 5.2 mln. manat olub. Bildirək ki, öncəki ayda 5.3 mln. manat təqdim edilsə də, apreldə ümumiyyətlə heç bir kredit təqdim edilməmişdi.

Son xəbərlər
Digər xəbərlər