19 C
Baku
Tuesday, April 16, 2024

“Banklar Rusiyadan İsrailə kömək istəyənləri hədələyir”

Rusiyadan İsrailə köçmək istəyən yəhudilər bank hesablarına sanksiya qoyulacağı barədə hədələyici xəbərdarlıq alırlar.

Məlumatı “Qaley TSAXAL” radiostansiyası yayıb.

Bildirilib ki, bank nümayəndələri İsrailə repatrasiya edəcək şəxslərin hesablarının dondurulacağı barədə xəbərdarlıq edirlər. Belə hədələyici xəbərdarlıqlar barədə məlumatlar dünya yəhudilərinin İsrailə repatrasiyası ilə məşğul olan “Soxnut” təşkilatına daxil olub.

Xatırladaq ki, Rusiyanın Moskva şəhərinin Basmann rayon məhkəməsi Rusiya Ədliyyə Nazirliyinin vəsadəti əsasında ölkə qanunlarına zidd fəaliyyətinə görə “Soxnut” təşkilatının fəaliyyətini dayandırıb.

İsrailin Baş naziri Yair Lapid məsələ ilə əlaqədar Rusiyaya nümayəndə heyəti göndərməyi planlaşdırır. Ancaq nümayəndə heyəti Rusiyaya giriş üçün viza ala bilməyib.

Qeyd edək ki, İsrail üçün Yəhudi Agentliyi (Yəhudi Agentliyi və ya “Soxnut” kimi tanınır) ən böyük yəhudi qeyri-kommersiya təşkilatıdır. O, 1929-cu ildə Dünya Sionist Təşkilatının şöbəsi olaraq yaradılıb.

O, yəhudilərin diaspordan İsrail torpağına immiqrasiyasını asanlaşdıran və onların İsrail Dövlətinə inteqrasiyasına nəzarət edən əsas təşkilat kimi tanınır. 1948-ci ildən bəri Yəhudi Agentliyi İsrailə 3 milyon immiqrant gətirib və onlara ölkə daxilində “absorbsiya mərkəzlərində” müvəqqəti yerləşdirmə təklif edir.

Yəhudi Agentliyi İsrail Dövlətinin qurulmasında və inkişafında mərkəzi rol oynayıb. David Ben-Qurion 1935-ci ildən onun icraiyyə komitəsinin sədri olub və bu vəzifədə o, 1948-ci il mayın 14-də İsrailin müstəqilliyini elan edib, bundan sonra İsrailin ilk Baş naziri olub. İsrailin qurulmasından əvvəlki illərdə Yəhudi Agentliyi Britaniya Mandatlı Fələstində 1 000-ə yaxın şəhər və kəndin yaradılmasına rəhbərlik edib. Təşkilat bütün dünyada İsrail və yəhudi icmaları arasında əsas əlaqə rolunu oynayır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər