15 C
Baku
Saturday, April 20, 2024

Banklar üçün qaydalar dəyişdi – AMB 5 aylıq fasiləyə son qoyub, bazara “həmlə” edir

Azərbaycan Mərkəzi Bankının (AMB) 5 aylıq fasilədən sonra yenidən maliyyə bazarına “həmlə” edib, yeni notlar buraxdı.

Banker.az xəbər verir ki, 5 oktyabr 2022-ci il tarixində Bakı Fond Birjasında AMB AZ2009024707 və AZ2010024704 dövlət qeydiyyat nömrəli hər birinin ümümi olaraq 30 milyon manat həcmində 28 və 84 gün müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

28 günlük. Hərracı zamanı 14 investor tərəfindən qiymət intervalı 99.5906 (5.29%) və 99.7695 (2.97%) olan 19 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 72,143,900 manat olmuşdur. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.6899 (4%) və orta ölçülmüş qiyməti 99.73 (3.48%) olaraq müəyyən edilmişdir. Sonuncu dəfə 28 günlük notların cəlbi mayın 18-də olub. Həmin hərracda orta olaraq 6.26%-lik ödəniş faizi təklif edilmişdi.

84 günlük. Hərracı zamanı 7 investor tərəfindən qiymət intervalı 98.8624 (4.93%) və 99.2475 (3.25%) olan 11 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 42 292 700 manat olub.  AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98.9723 (4.45%) və orta ölçülmüş qiyməti 99.0452 (4.13%) olaraq müəyyən edilmişdir. Sonuncu dəfə mayın 23-də 84 günlük notlar yerləşdirilmişdi. Həmin zaman ödəniş dərəcəsi 2.92% idi.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 mln. manat təşkil edib.

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.

Bildirək ki, AMB faiz dərəcələri parametrlərini sonuncu dəfə Elman Rüstəmovun rəhbərliyi altında qaldırıb. Yeni sədr Taleh Kazmov isə sələfinin parametlərə dörd iclas toxunmadı. Lakin sentyabrda faiz dərəcəsinin aşağı həddini 6.25%-dən 4.00%-ə endirdi. Məlumatda deyilir ki, daimi imkanlar (bankların təşəbbüsü ilə keçirilən sterilizasiya və likvidliyin verilməsi əməliyyatları) alətləri işə salınıb, açıq bazar əməliyyatlarının (Mərkəzi Bankın təşəbbüsü ilə keçirilən sterilizasiya və likvidliyin verilməsi əməliyyatları) çeşidi isə genişləndirilib.

XATIRLATMA!

Mərkəzi bankın notları 28, 84, 168 və 252 günlük olmaqla ticarətə buraxılır və təyinatına görə Mərkəzi Bank tərəfindən pul kütləsinin tənzimlənməsi (sterilizasiyası) aləti kimi istifadə olunur. Buraxılış xüsusiyyətlərinə görə notlar istiqrazlarla eyni kateqoriyaya aid edilir və istiqraz forması olaraq diskontlu istiqraz kimi tədavülə buraxılır. Yəni tədavül müddətinin sonunda emitent tərəfindən investora istiqrazın nominal qiymətlə tam həcmi ödənilir.

Mərkəzi Bank nəyi dəyişib?

Bugün Bakı Fond Birjası Mərkəzi Bankın notları üzrə hərracın reqlamentinə dəyişiklik edib.

Banker.az bu barədə BFB-yə yaxın mənbədən məlumat əldə edib.

Yeni dəyişikliyə görə, əgər əvvəl bir bankın hərracda rəqabətli sifarişinin həcmi emissiyanın ümumi həcmi qədər ola bilirdisə, artıq banklar tərəfindən təqdim edilən rəqabətli sifarişin maksimal həcmi ümumi emissiyanın 20% çox ola bilməz.

Qeyri rəqabətli sifarişin ən çox həcmi isə həmişə olduğu kimi rəqabətli sifarişin 20%-dən çox ola bilməz.

Məsələn, bank bugünkü hərraclarda hər birində 30 mln. manat ümumi notların həcmi təşkil etdiyi üçün 6 milyon manat cəmi not əldə edə bilər.

Yerli ekspertlərə görə, bankların likvidliyinin bərabər bölüşdürülməsi baxımında yaxşı qərardır.

Son xəbərlər
Digər xəbərlər