6 C
Baku
Monday, December 16, 2024

Banklara biznes krediti götürmək üçün təqdim olunan biznes planlarda ən çox olan 3 səhv

Hər bir biznesə başladıqda biznes-planın olması vacibdir. Bu ancaq pul cəlb etmək üçün deyil, öz məqsəd və vəzifələrinizin daha yaxşı başa düşülməsi üçündür.  Mütəxəssislər məsləhət görürlər ki, biznes-planların şablonlarından istifadə etməsinlər, onları müstəqil olaraq “sıfırdan” yatarsınlar.

Bu ali məktəb (yəqin burada kurs işləri hazırlamaq vərdişi öz sözünü deyir) məzunlarının hazırladığı layihələrə xarakterik olan başqalarından götürmək təcrübəsindən qaçmaq imkanı verər və öz layihənizə daha düşünülmüş surətdə yanaşmaq və özünüzə həmişə asan olmayan suallar vermək imkanı yaradar. Bunlar startap biznes-planı hazırladıqda ortaya çıxan üç tipik səhvlərdir.

Lazım olmayan məlumatla həddindən artıq yüklənmək

Çox vaxt biznes-plan prezentasiyaları zamanı layihələr real aidiyyatı olmayan məlumatlarla doldurulur. Mütəxəssislər qeyd edirki ki, bir layihə komandası yarısı müəliflərin şəxsi nailiyyətlərinin sadalanmasına ayrılmış, 30%-i isə peşə terminlərinə və təriflərə aid olan və ancaq 20%-i auditoriyaya biznesin özü haqqında danışmaq  cəhdi olan layihəni biznes-plan müsabiqəsinə təqdim edir.

Bank nüfuzlu şirkət rəhbəri olan Daniel Brons qeyd edir ki, biznes-planın ilkin variantında çox hissəni bazar həcminin hesablanması ilə əlaqədar olan: onlar necə idilər və gələcəkdə necə olmalıdırlar xəbəri tuturdu. Nəticədə demək olar ki investorlara ən əsas olan biznesin mahiyyətinin nədən ibarət olduğunu  izah etməyə unutmuşdular.    Bə hələ hamısı deyil: o an üçün biznes-planda lisenziya alma xərcləri sadəcə qeyd edilməmişdi.

Dəqiq biznes-məqsədlərin olmaması

Biznes-planı tərtib edərkən qarşınızda dəqiq məqsədlər və onlara real nail olmaq yolunu təyin etmək, konkret bazar seqmentlərinə diqqət yetirmək lazımdır. Məsələn, bir istehsal layihəsinin biznes-planında şirkətin artıq birinci ilinin fəaliyyətində çox böyük məhsul satışı həcmi təyin edilmişdir. Lakin bu biznes-plana müvafiq olaraq elmi-tədqiqat və təcrübi-konstruktor işləri ikinci ilin yarısından tez tamam olmayacaqdı, layihınin komandasında isə bir dənə də olsa marketoloq yaxud satış üzrə mütəxəssis yox idi. Layihə komandasının verilmiş göstəriciləri necə əldə edəcəyi müəmməalı olaraq qalırdı.

Soultravel ekskursiya rəhbəri, startapının başçısı Anton Nevolin danışır ki, layihə əvvəlcə kifayət qədər boş vaxtları olan tələbələrə və şagirdlərə istiqamətlənmişdir.  Biznesin tərkib hissəsi haqqında düşündükdə isə aydın oldu ki, bu layihəni ezamiyyətə gedən yəni daha məşğul və ödəmə qabiliyyəti olan insanlara istiqamətləndirmək lazımdır.  Biznes-planda yazılmış köhnə məqsədli auditoriyaya olan bağlantıda pul qazanmaq real deyildi.  Bundan başqa, əgər əvvəl ancaq piyada ekskursiyalar planlaşdırılırdısa, sonra ekskursiyalar suda və şəxsi avtomobillərdə planlaşdırıldı.

Şişdirilmiş maliyyə göstəriciləri

Startap maliyyə piramidası deyil və yüzlərlə faiz mənfəət haqqında fantastik rəqəmlər gətirmək sadəcə ağılsızlıqdır. Danielin sözlərinə görə bir layihənin nümayəndələri  biznes-plan müsabiqəsi finalında çıxış edərək gəlir dərəcəsini 800% olacağını bildirmişdilər. Görünür, bu addım potensial investorlara təsir göstərmək arzusu ilə əlaqədar atılmışdı, lakin o tam əks təsirli reaksiya nümayiş etdi, göstərilən rəqəmlərə aydın izah layihədə sadəcə, yox idi.
Real fiziki göstəricilərdən istifadə etmək lazımdır, bu halda potensial qəlir rəqəmləri də inandırıcı olacaq.

Son xəbərlər
Digər xəbərlər