Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün keçirilən depozit hərracının nəticəsini açıqlayıb. AMB-dən verilən məlumata görə, hərracda tələb 47,7 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,87% təşkil edib.
Xatırladaq ki, “Bloomberg” ticarət platformasında keçiriləcək bugünkü hərracda AMB 150 mln. manat məbləğində vəsait cəlb etmək planlaşdırmışdı. Depozit hərracının müddəti 14 gün, hərrac üzrə faiz dərəcələri 12,01%-14,99% təşkil etməli idi.
Beləliklə, hərracda tələb təklifi 4,2 dəfə üstələyib.