25 C
Baku
Saturday, April 20, 2024

Banklarda qeyri-rezident əmanətlərinin həcmi artıb

Azərbaycan banklarında rezidentlərin əmanətlərinin həcmi azalıb. 2019-cu ilin yanvar ayında  fiziki şəxslərin milli valyuta ilə rezident əmanətlərinin həcmi  2927,1 mln manat təşkil edib. Ötən ilin dekabr ayında isə bu göstərici 3038,9 mln manat olub. Belə ki, bu il rezident əmanətlərinin həcmi ötən ilin müvafiq ayı ilə müqayisədə 111,8 mln manat və yaxud 3,6 % azalıb.

 Banker.az bu barədə AMB-yə istinad edir.

Onu da qeyd edək ki, banklarda  xarici valyuta ilə əmanətlərin həcmi  2019-cu ilin yanvar ayında 209,1 mln manat və yaxud  4,5 % azalaraq  4572,7 mln manat  olub.

Azərbaycan banklarında qeyri-rezidentlərin xarici valyuta ilə əmanətlərinin həcmi isə artıb. Əgər ötən il xarici valyuta ilə qeyri-rezident əmanətlərinin həcmi 660,5 mln manat idisə, bu il əmanətlərin həcmi 684,3 mnln manat təşkil edib. Belə ki, 2019-cu ilin yanvar ayında qeyri-rezidentlərin xarici valyuta ilə əmanətlərinin həcmi 23,8 mln manat və yaxud 3,6 % artıb.

Bildirək ki, qeyri-rezidentlərin milli valyuta ilə əmanətlərinin həcmi  2019-cu ildə 100,9 mln manat olub. Ötən illin müvafiq dövrü ilə müqayisədə bu il milli valyuta ilə əmanətlərinin həcmi 2,4 mln manat və yaxud 2,3 %azalıb.

 

 

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər