2019-cu ilin avqustun 1-nə banklarda depozitlərin həcmi 19,045 mln manat olub ki, bu da ötən ilin analoji dövrüylə müqayisədə 11% artım deməkdir.
Banker.az bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.
Bu il avqustun 1-nə Fiziki şəxslərin depozitlərinin həcmi 8,472 mln manat, 2018-ci ilin müvafiq dövründə isə 7,969 mln manat olub. İllik müqayisədə cari ildə depozitlərin həcmi 6,3% artıb.
Hüquqi şəxslərin depoziti isə 10,573 mln manat təşkil edib.