26 C
Baku
Saturday, July 27, 2024

19 bankdan AMB-yə 1 mlrd. manatlıq sifariş gəldi – Tələb təklifi on qat üstələyir

15 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50103790S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə Banker.az-a BFB-dan bildirilir.

Hərrac zamanı 19 investor tərəfindən qiyməti 99.5351(6.01%) olan 27 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 058 083 300 manat olub.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5351(6.01%), orta ölçülmüş qiyməti isə 99.5351(6.01%) müəyyən edilib.

Mərkəzi Bankın qısa müddətli notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilir.

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-nə qədər artırıla bilir, lakin AMB hərrac nəticəsində notların yerləşdirilmiş həcmi planlınmış 100 000 000 manat təşkil edib.

Notların ödəmə tarixi 12 yanvar 2022-ci ildir.

Son xəbərlər
Digər xəbərlər