Son zamanlar gündəlik olaraq,qızılın qiymətinin azalması və sonradan yenidən qalxması ilə bağlı xəbərlərin şahidi oluruq.
Əhalini düşündürən məsələlərdən biri də, qızılın qiymətində baş verən dəyişiklərin, lombard kreditlərinə necə təsir etməsidir? Bildiyiniz kimi, ölkənin bir çox banklarından lombard kreditlərinin əldə olunması mümkündür.
İnsanların ani bir anda təcili pula olan tələbatını yerinə yetirmək üçün çıxılmaz vəziyyətdə qalırlar. Bir qədər geniş əhatəsi olan insanlar tanışdan, qohumdan, müəyyən müddətə əl borcu, müəyyən məbləğdə pul vəsaiti alıb, pula olan tələbatlarını ödəyirlər və tez bir zamanda həmin borclarını qaytarırlar. Lakin indiki dövrdə bu ən az rast gəlinən hallardandır. Onu da qeyd edək ki, adətən qızıl girov qoyaraq kredit götürən şəxslər kredit tarixçəsi pis olan adamlardır.
Bəs banka təqdim edəcəyiniz qızıl əsasında nə qədər pul götürə bilərsiniz?
Ümumiyyətlə hər bankın müvafiq qaydaları var və təqdim etdikləri kreditləri də bu şərtlərə əsasən ayırırlar. Yəni siz bir bankdan Lombard kreditini təqdim etdiyiniz qızılın 50%-də digər bir bankdan isə 110% həcmində kredit əldə etməyiniz mümkündür. Lakin çox zaman bankdan ilk müraciət üçün bank qızılın 80-90%-də əldə edə bilərsiniz. Banklar çox vaxt təkrar müştərilərə qızılın öz qiymətində və yaxud 100-110% həcmində kreditlər ayırırlar. Yəni hər bankın müvafiq şərt və təklifləri var.
Onu da qeyd edək ki, sizin banka girov məqsədilə qoyacağınız qızılın 1 qramı qızılın əyarından asılı olaraq fərqlənir. Hazırda isə banka ən çox girov qoyulan qızılların əyarları aşağıdakılardır:
- 583 – 1 qr – 16.47 AZN
- 585 – 1 qr – 16.47 AZN
- 750 – 1 qr – 21.18 AZN
Qızılın qiyməti dünya bazarında son ayların ilk rekorduna imza atıb: qiymətli daş-qaşın qramının qiyməti yüksələrək son 5 ayda ilk dəfə olaraq psixoloji 40 dollarıq həddi yenidən keçib. Dəyərini son günlər 2 faiz artıra bilən qızıl son ayda 6 faiz bahalaşıb. Ekspertlər isə bildirilər ki, yaxın günlərdə ölkəmizdə də qızılın qiymətində artım gözlənilir.
Sonda yenə sizə kreditdən uzaq durmağı arzulayırıq və əgər Lombard krediti üçün banka müraciət etmək istəsəniz qızıllarınızı daha etibar edəcəyiniz həmçinin daha az ziyan ilə kredit əldə edə biləcəyiniz bankı seçməyi məsləhət görürük.