6 C
Baku
Sunday, December 15, 2024

Banklarımızın menecmentində önəmli rola malik xanımlar – SİYAHI

“Banker.az” olaraq bu dəfə ölkədə fəaliyyət göstərən bankların menecmentində iştirak edən xanım bankirlərin siyahısını tərtib etdik.

Siyahı tam olaraq belədir:

Yevgeniya Qaşikulina, İdarə Heyəti sədrinin birinci müavini, Accessbank – Qırğız-Rusiya Slavyan universitetində maliyyə və bank menecmenti sahəsində bakalavr dərəcəsinə yiyələnib. Bundan sonra o öz təhsilini “ProCredit” akademiyasında, Frankfurt Maliyyə və Menecment Məktəbində, Oksford Biznes Məktəbində davam etdirib. 2019-cu ilin aprel ayında səhmdarların ümumi yığıncağında qəbul olunan qərara əsasən İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin olunub. Bank meneceri kimi fəaliyyət göstərməzdən əvvəl Y. Qaşikulina Avropa Yenidənqurma və İnkişaf Bankının Qırğızıstan ofisində bank məsləhətçisi işləyib.Yevgeniya Qaşikulina


Günay Cəlilova, Korporativ Bankçılıq və Marketinq üzrə İcraçı Direktor, Accessbank – Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə” fakültəsini bitirən Günay Cəlilova ardınca həmin ali təhsil ocağında “Maliyyə və kredit” ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. Bundan başqa, icraçı direktor İngiltərənin “Warwick” biznes məktəbini “Executive MBA” istiqaməti üzrə bitirib. Accessbank-da iş fəaliyyətinə 2006-cı ilin aprel ayında müştəri xidmətləri üzrə mütəxəssis kimi başlayıb. 2008-ci ilin aprel ayında filial rəhbəri vəzifəsinə yüksəlib. 2016-cı ilin aprel ayında Marketinq və Satış Departamentinin, 2017-ci ilin may ayında isə Korporativ Məhsulların Satışı Departamentinin direktoru vəzifəsinə təyin olunub.

gunay celilova


Fəridə Pirverdiyeva, Maliyyə və Beynəlxalq Əlaqələr üzrə İcraçı Direktor, Accessbank – Azərbaycan Dövlət İqtisad Universitetində “Menecment və beynəlxalq biznes” ixtisası üzrə MBA təhsili alıb. Bundan başqa, o, Access Microfinance Holding tərəfindən Berlində təşkil olunan 2 illik profil təhsili alıb.  2019-cu ilin aprel ayında Fəridə Pirverdiyeva bu vəzifəyə təyinat alıb.

feride pirverdiyeva


Fərqanə Məmmədova, İnsan Resurslarının idarə edilməsi departamentinin direktoru, Kapital Bank – 19 yanvar 1975-ci ildə anadan olub. Ali təhsilini 1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin “Beynəlxalq Hüquq və beynəlxalq münasibətlər” fakültəsində alıb. 2008-2010-cu illərdə “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının direktoru vəzifəsində çalışıb. 2012-2015-ci illərdə “Bank of Baku”-da İnsan Resursları departamentinin direktoru olub.

ferqane memmedova

 

 


Günel Fərzəliyeva, Marketinq departamentinin direktoru, Kapital Bank – ADA Universitetinin “Maastricht School of Management”i ilə birgə EMBA proqramı üzrə təhsil alıb. Universiteti bitirəndən sonra jurnalistika üzrə magistr təhsili də alıb.

gunel ferzeliyeva 1

 


İlahə Qazıyeva, Əməliyyat departamentinin direktoru, Kapital Bank 

Ilahe Qaziyeva 1

 

Çinarə  Nəsirova, Müştəri Əlaqələri departamentinin direktoru, Kapital Bank 

Chinara Nasirova

 


Svetlana Əliyeva, Daxili Audit departamentinin direktoru, Kapital Bank 

Aliyeva Svetlana


Vəfa Kələntərova, İdarə Heyətinin üzvü, Maliyyə üzrə Direktor, Baş maliyyə inzibatçısı, Unibank

Vəfa Kələntərova


 

Lalə Quliyeva, İdarə Heyəti sədrinin müavini, AFB Bank – O, Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə-kredit” ixtisasını bitirib.

lale quliyeva


Səkinə Xələfova, İdarə Heyətinin üzvü, AG Bank – Maliyyə menecmenti departamentin direktorudur, Azərbaycan Dövlət İqtisad Universitetinin “Əməyin İqtisadiyyatı və Sosiologiyası” fakültəsində təhsil alıb.

 


Səfərova Rəna, Ümumi İşlər Departamentinin Direktoru, AtaBank – “Atabank”da çalışdığı 12 ildir. Atabankda 5 il kredit departamentində çalışıb, “İstehlak kreditləri” şöbəsinin rəisi olub.

safarova rena


Arzu Nəsrullayeva, Maliyyə Departamentinin Direktoru, AtaBank 

nasrullayeva arzu


Emiliya Mailova, İnsan Resursları Departamentinin Direktoru, AtaBank – Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə-kredit” ixtisasında təhsil alıb.

mayilova emilia

 


Yeganə Şükürova, Əməliyyat Departamentinin Direktoru, AtaBank  

yegane

 


Durna Həsənova, Komplayens Departamentinin Direktoru, AtaBank

durna hasanova

 


Pərvanə Hüseynova, Maliyyə Menecmenti  Departamentinin Direktoru, Azər Türk Bank  

Hüseynova Pərvanə Cəlal qızı

 


Sevinc Xankişiyeva, Hesablaşmalar Departamentinin Direktoru, Azər Türk Bank 

sevinc


Səbinə Abbasova, İdarə Heyətinin üzvü, Bank Avrasiya – 1994-cü ildə Qərb Universitetinin “Mühəndis İqtisadiyyatı və İdarəetmə Menecment (Bank işi)” fakultəsini bitirmişdir. 23 noyabr 2007-ci il tarixindən “Bank Avrasiya” ASC-nin Xəzinədarlıq və Hesablaşmalar Departamentinin direktoru vəzifəsində çalışmaqdadır. 3 aprel 2018-ci il tarixindən “Bank Avrasiya” ASC-nin İdarə Heyətinin Üzvü seçilmişdir.

(şəkil yoxdur)


 Gülşən Cumayeva,  Reklam və İctimaiyyətlə əlaqələr departamentinin direktoru, Bank of Baku – Azərbaycan Dillər Universitetinin “Filologiya (xarici dil)” fakültəsində təhsil alıb. Qafqaz Universitetinin “İngilis dili və ədəbiyyatı” ixtisası üzrə magistr dərəcəsi alıb.

gulsen cumayeva


Təhminə Səlimxanova, Əməliyyat departamentinin direktoru, Bank of Baku –  Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr və magistraturanı bitirib.

tehmine


Nərgiz Zeynalova, PY/TMM və istehlakçılarla işin təşkili departamentinin direktoru, Bank of Baku – Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və Kredit” ixtisasi üzrə bakalavr və magistr dərəcəsi alıb.

nergiz zeynalova


Nərminə Hüseynzadə (Əliyeva), Məhsulların və proseslərin idarə edilməsi departamentinin direktoru, Bank of Baku – Naxçıvan Dövlət Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” ixtisasını bitirib. Azərbaycan Dövlət İqtisad Universitetinin ” Beynəlxalq biznes ” ixtisası üzrə magistr dərəcəsi alıb.       

narmina huseynzade


Yuliya Pasternak, Maliyyə Departamenti Direktoru, Bank BTB. 2015 –ci ildə Rusiya Federasiyası höküməti nəzdində olan Maliyyə Akademiyasininin MBA dərəcəsini almışdır.

yulia pasternak

 


Nigar Səmədova, Bank Kartları Departamentinin rəhbəri, Bank Respublika – Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə-kredit” fakültəsini bitirib. 

nigar semedova

Təranə Səmədova, İnsan Resursları Departamentinin Direktoru, Bank BTB 

terane semedova

 


Mehriban Ocaqquliyeva, Biznesin İnkişafı Departamentinin direktoru, Expressbank – Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit fakültəsindən məzunudur. Daha əvvəl Expressbank-da Müştəri Xidmətləri Departamentinin direktoru, Risklərin İdarə Edilməsi Departamentinin direktor müavini, Nərimanov filialının müdiri, Biznesin İnkişafı Departamentinin direktoru vəzifələrində çalışıb. 

mehriban orujaliyeva

 

 


Pərvanə Şahmarova, Ödəniş sistemləri və hesablaşmalar mərkəzinin Hesablaşmalar departamentinin direktoru, Expressbank 

pervane

 


Fəridə Ağayeva, İdarə Heyəti Sədrinin müavini, Günaybank – 1990-ci ildə Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı- Filologiya fakultəsini bitirmişdir. 20 ildən artıq Bank təcrübəsinə malikdir.

 


Natella Şahverdiyeva, İdarə Heyəti Sədrinin müavini, Xalq Bank – 1965-ci il avqustun 18-də anadan olub. Azərbaycan Dövlət Universitetinin “Kimya” ixtisasında təhsil alıb.

natella

Nigar Biləndərli, İdarə Heyəti Sədrinin müavini, Xalq Bank – 1974-cü il mart ayının 10-da anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu, nəzarət və TFT” ixtisasında təhsil alıb.

nigar bilenderli 1


Kamalə Mirzəyeva, Daxili Audit Departamentinin direktoru, Muğanbank 

 


Səbinə Qaraşova, Maliyyə Departamentinin direktoru, Muğanbank – 4 nömrəli orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin məzunudur. 

 

 


Bahar Əliyeva, İnsan Resurslarının idarəedilməsi Departamentinin direktoru, Muğanbank 

bahar aliyeva


Natalya Zarnəliyeva, Müştərilərə Xidmət Departamentinin direktoru, Muğanbank – 83 nömrəli məktəbi bitirib. Azərbaycan Qərb Universitetinin məzunudur. 

natalya zarnaliyeva

 


Məhsəti Paşayeva, Maliyyə Menecmenti Departamentinin direktoru, Naxçıvanbank 

 


Xəyalə Nağıyeva, İdarə Heyətinin üzvü, Paşa Bank – 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr və Biznesin İdarə Edilməsi fakültəsini fərqlənmə ilə bitirib.  3 sentyabr 2015-ci il tarixindən Xəyalə Nağıyeva PAŞA Bankın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı, 1 mart 2018-ci il tarixindən isə İdarə Heyətinin üzvü, Baş Risk İnzibatçısıdır.

xeyale nagiyeva

 


Pəri Seyidova, Kart Biznesi Departamenti direktoru, Rabitəbank 

 

 


Ülviyyə Rəsulzadə, Komplayns Departamentinin direktoru, Rabitəbank 

ulviyye resulzade

 


Məlahət Nəzirova, Mühasibatlıq Departamentinin direktoru, Rabitəbank 

melahet nezirova

 


Kəmalə Mustafayeva, İdarə Heyətinin üzvü, Əməliyyat Departamentinin Direktoru, Turanbank 

 


Sevinc Hacıyeva, İnsan Resurslarının İdarə Edilməsi Departamentinin Direktoru, Turanbank 

 


Şəhla Səmədova, İdarə Heyətinin üzvü, Yapı Kredi Bank – 1996-cı ildə Bakı Dövlət Universitetinin Mexanika riyaziyyat fakultəsini bitirib. 2008-2009- cu illərdə “Yapı Kredi Bank Azərbaycan” QSC-də Əməliyyat Qrupunun müdiri, 2013-2015-ci illərdə “Yapı Kredi Bank Azərbaycan” QSC-də Əməliyyat Qrupu üzrə  Baş direktorun müavini, İdarə Heyətinin üzvü ,01.10.2015- ci ildən etibarən “Yapı Kred Bank Azərbaycan” QSC-də Əməliyyat Qrupu üzrə  Baş direktorun müavini, İdarə Heyətinin üzvü Vəzifəsində çalışır.

sehla semedova

Son xəbərlər
Digər xəbərlər