1 C
Baku
Saturday, December 14, 2024

Bankların əmlakları sentyabrdan hərraca çıxarılacaq

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan bankların əmlaklarının satışını davam etdirir.

Əmlakların satışı üzrə hərraclar sentyabrın 3-ü, 10-u, 17-si və 25-də keçiriləcək.

Hərracda QSC “Bank Standard” KB, “Texnikabank” ASC, “Kredobank” ASC, “Bank of Azərbaycan” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, “Zaminbank” ASC, “Atrabank” ASC, “Royalbank” ASC və “Dəmirbank” ASC-nin balansındakı daşınar və daşınmaz əmlaklar 58 lot üzrə satışa çıxarılacaq.

Qeyd edək ki, 32 lot üzrə əmlak birinci dəfə, üç lot üzrə əmlak ikinci dəfə, 12 lot üzrə üçüncü dəfə, 11 lot üzrə isə dördüncü dəfə hərraca təqdim edilir.

3 sentyabr 2018-ci ildə keçiriləcək hərracda iki ədəd bankomat, iki ədəd generator, doqquz ədəd inkasator maşını, bir ədəd qeyri-yaşayış sahəsi, bir ədəd minik avtomobili, altı lot üzrə kompüter və rabitə avadanlığı, bir lot üzrə mebel və texniki avadanlıq, bir lot üzrə 60 ədəd POS-terminal, 10 sentyabr 2018-ci il tarixində keçiriləcək hərraca 10 ədəd minik avtomobili, iki lot üzrə mebel və texniki avadanlıq, iki mənzil, 17 sentyabr 2018-ci il tarixdə keçiriləcək hərraca bir minik avtomobili və bir mənzil, 25 sentyabr 2018-ci il tarixində keçiriləcək hərraca isə 11 ədəd minik avtomobili və iki lot üzrə generatorlar və müvafiq texniki avadanlıq satılacaq.

Son xəbərlər
Digər xəbərlər