Azərbaycanda bankların müddətli ABŞ dolları əmanətləri üzrə illik faiz dərəcələri 2026-cı ilin iyul ayına görə 0.1%-5% arasında dəyişir.
Banker.az-ın müqayisəsinə əsasən, ən yüksək gəlirlilik AFB Bank tərəfindən təklif olunur. Bank 12 və 18 aylıq dollar əmanətləri üzrə müddətin sonunda 5% illik faiz verir.
Unibank 12 aylıq əmanətlər üzrə 4.5%, Paşa Bank isə 18 aylıq əmanətlərdə 4% faiz təklif edir.
XATIRLATMA!
Əmanətlərin sığortalanması haqqında qanuna əsasən, illik faiz dərəcəsi milli valyutada 12%-dən, xarici valyutada isə 2.5%-dən aşağı olduğu halda 100 min manat ekvivalentinə qədər olan hissəsi tam sığortalanır.








