-3 C
Baku
Sunday, December 15, 2024

Bankların aktivlərinin həcminə, bazar payına, rüblük dinamikasına görə RENKİNQİ (01.04.2023)

Azərbaycan banklarının 1 aprel 2023-cü il tarixinə aktivlərinin həcmi 44 milyard 843 milyon manat təşkil etdi və bu da rüblük 2% azalma deməkdir.

Banker.az bankların hesabatları üzrə tərtib etdiyi siyahıya həmişəki kimi ABB (Azərbaycan Beynəlxalq Bankı) liderlik edir. Dövlət bankının aktivlərinin həcmi 11 milyard 564 milyon manat təşkil edib. Bu rüblük 17.6% azalmadır.

İkinci sırada “PAŞA Bank” ASC-dir. Bankın aktivlərinin həcmi ilin ilk rübündə 2% artımla 8 mlrd. 693 mln. manat olub. Üçünü ən iri bank olan “Kapital Bank” ASC bu göstəricilərdə rüblük 1.2% geriləmə yaşayıb və ümumi həcm 7 mlrd. 723 mln. manata düşüb.

Aktivlərinin həcmini ən böyük artım dinamikasına “Ziraat Bank Azərbaycan” ASC nail olub. Rüblük aktivlərin həcmini 16.7% böyütməklə 617.41 mln. manata yüksəldib.

324234242323

 

Son xəbərlər
Digər xəbərlər