Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 2026-cı ilin ikinci rübünün sonuna 60 milyard 901 milyon manat təşkil edib.
Banker.az saytının dərc etdiyi renkinqə görə, bankların aktivlərinin həcminə görə bazar lideri ABB olub. Bankın aktivləri 15 milyard 304,5 milyon manata çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,3% çoxdur.
İkinci yerdə 13 milyard 271,8 milyon manat aktivlə Kapital Bank, üçüncü yerdə isə 9 milyard 522,4 milyon manat aktivlə PAŞA Bank qərarlaşıb. Beləliklə, ilk üç bankın aktivlərinin ümumi həcmi 38,1 milyard manatdan çox olub və bu da sektor aktivlərinin təxminən 63%-ni təşkil edir.
İllik artım tempinə görə isə banklar arasında lider AFB Bank olub. Bankın aktivləri son bir ildə 26,9% artaraq 536,9 milyon manata yüksəlib. Sonrakı yerlərdə aktivlərini 20,7% artıran Bank of Baku və 17,2% artım qeydə alan Kapital Bank qərarlaşıb.







