27 C
Baku
Saturday, July 27, 2024

Bankların AMB-dəki məcburi ehtiyatları azalıb

Azərbaycan Mərkəzi Bankının banklar tərəfindən qoyduğu tələb – məcburi ehtiyatların həcmi 2022-ci ilin iyulundan bu tərəfə ilk dəfə azalıb.

Banker.az xəbər verir ki, 1 aprel 2023-cü il tarixinə məcburi ehtiyat normalarının həcmi  2 milyard 351.5 milyon manat təşkil edib. Bu da son bir ayda 1.59% azalmadır.

Azərbaycan Mərkəzi Bankı pul təklifinin effektiv tənzimlənməsi və bank sistemində likvidliyin təmərküzləşməsinin məhdudlaşdırılması məqsədilə məcburi ehtiyat normalarına dair 2022-ci ilin iyulundan yeni qayda qəbul edib.

Ehtiyat normalarındakı azalmaya əsas səbəb müddətli depozitlərin həcmindəki cüzi azalmadır. Fiziki şəxslərin depozitlərinin həcmi 0.4% azalmaqla 6 mlrd. 311.5 mln. manata düşüb.

“Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”na edilən dəyişikliklərin qüvvəyə minməsi məcburi ehtiyatlara dair çevik qərarların qəbuluna şərait yaradıb. Dəyişikliyə görə, məcburi ehtiyatlar milli valyutada depozitlər üzrə 4%-ə, xarici valyutada depozitlər üzrə isə 5%-ə qaldırılıb. AMB son iclasda deyib ki, bu, bank sektoru üzrə öhdəliklərin maya dəyərinə cəmi 0.044% artırıcı təsir göstərir.

2023-cü ilin fevral ayından başlayaraq dekabrda tətbiq etdiyi yeni qaydanı bütün banklar məcburi ehtiyatları yeni normalara uyğun saxlamağa başlanılıb.

32434234232

Məcburi ehtiyatlar nədir?

Məcburi ehtiyatlar kommersiya bankları tərəfindən cəlb olunmuş depozitlərin mərkəzi bankda məcburi saxlanılan hissəsidir. Məcburi ehtiyat norması qaldırıldıqda bank sisteminin kredit vermək qabiliyyəti məhdudlaşır və beləliklə, iqtisadiyyatda pul kütləsinin həcmi azalır. Mərkəzi Bank məcburi ehtiyat normasını azaltdıqda isə bunun əksi baş verir.

Məsələn, bir fərd kommersiya bankına 1000 manat məbləğində əmanət qoyur və məcburi ehtiyat norması 1%-dir. Bu halda kommersiya bankı cəlb etdiyi məbləğin 1%-ni, yəni 10 manatını Mərkəzi Bankda saxlamalıdır. Nəticədə kommersiya bankı cəlb etdiyi 1000 manatlıq əmanətin hamısını deyil, 990 manatını kredit resursu kimi istifadə edə bilər. Mərkəzi Bank məcburi ehtiyat normasını 1%-dən 2%-ə qaldırdığı təqdirdə isə kommersiya bankı cəlb etdiyi 1000 manatlıq əmanətin yalnız 980 manatını kredit kimi verə biləcəkdir.

Son xəbərlər
Digər xəbərlər