10 C
Baku
Wednesday, December 11, 2024

Bankların dolları alıb-satılmaq üçün şərtləri: İndi LİMİT nə qədərdir?

Artıq bir neçə müddətdir ki, Azərbaycanın valyuta bazarında “sakitlik” höküm sürür. Bunu həm Mərkəzi Bankın bankların mübadilə əməliyyatları və eləcə də Dövlət Neft Fondunun statistik rəqəmləri də deməyə əsas verir.

Məsələn, AMB-nin statistikasına görə, cari ilin fevral ayında Azərbaycanda bankların valyuta mübadiləsi əməliyyatlarından məlum olur ki, fevralda əhali dolların daha çox banklara qaytarıb. Yerli banklar əhalidən 142 milyon 398.5 min dollar həcmində ABŞ valyutasını alıblar. Bu da yanvarı 2.1 dəfə üsləməsi deməkdir.

Banklar əhaliyə 167 milyon 397.7 min dollar satıblar. Bu da 51% (ikiqat) eniş dinamikasıdır. Dövlət Neft Fondunun mart ayında xarici valyuta satışının kəskin enişini nəzərə alsaq, banklarda mart və eləcə hazırkı aprel ayında da böyük “ajiotaj” gözlənilmir.

Banker.az olaraq hazırda bankların hansı şərtlərlə xarici valyuta satışının hansı şərtlərlə satıldığını araşdırdıq. Məlum oldu ki, Azərbaycan Mərkəzi Bankı bankların dollar satışı üçün fiziki şəxslərin hər biri üçün 20 min manat ekvivalentində limit tətbiq edir. Bir il ərzində müştərinin bankdan xarici valyuta alışı həcmi qeyd edilən həddi ötməyibsə, ( 20 min manat ekv.) o zaman şəxsiyyət vəsiqəsi (limiti bilmək üçün Ş.V-nin FİN kodu sistemdə yoxlanılır) təqdim etməklə bankdan xarici valyuta alma şansı vardır.

Lakin, banklar “exchange” üçün yaxınlaşan müştərilər üçün kassalarını 2 və yaxud 3 saat cəmi açırlar. Həftənin iş günlərində 10:00-dan kassa mübadilə üçün açılır, ən çoxu 14:00-da artıq bağlanmalı olur. Banklardan dolları 1.7020-1.7025 manata satır, 1.6900-1.7000 manat məzənnəsi ilə alırlar.

Banklar Mübadilənin mümkün olduğu iş saatları
Accessbank 10:00-14:00
AFB Bank 10:00-14:00
Azərbaycan Beynəlxalq Banki 10:00-14:00
Azərbaycan Sənaye Banki 10:00-14:00
Azər-Türk Bank 10:00-14:00
Bank Avrasiya 10:00-14:00
Bank BTB 10:00-13:00
Bank Of Baku 10:00-13:00
Bank Respublika 10:00-13:30
Bank VTB (Azərbaycan) 10:00-14:00
Expressbank 10:00-14:00
Günay Bank 10:00-14:00
Kapital Bank 10:00-14:00
Muğanbank 10:00-14:00
Naxçivanbank 10:00-14:00
Paşa Bank 10:00-12:00
Premium Bank 10:00-14:00
Rabitəbank 10:00-14:00
Turan Bank 10:00-14:00
Unibank Kommersiya Banki 10:00-12:30
Xalq Bank 10:00-14:00
Yapi Kredi Bank Azərbaycan 10:00-14:00
Yelo Bank 10:00-14:00
Ziraat Bank Azərbaycan 10:00-14:00

 

Son xəbərlər
Digər xəbərlər