18 C
Baku
Monday, April 29, 2024

Bankların fondlaşdırılmasında əmanətlərin payı barədə – AÇIQLAMA

“Son 5 ildə onların həcmi 3,4 dəfə artıb”.

Əmanətlər Azərbaycanın bank sisteminin fondlaşdırılmasının 40 faizini təmin edir.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Orucov Qəbələdə V Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində keçirilən “Rusiya və Azərbaycan banklararası əməkdaşlığının inkişafı” adlı “dəyirmi masa”da deyib.

Onun sözlərinə görə, son 5 ildə onların həcmi 3,4 dəfə artıb:

“Biz milli valyutada əmanətlərin xüsusi çəkisinin artımının müsbət tendensiyasını qeyd edirik. Əmanətlər Azərbaycan banklarının ümumi depozit bazasının 60 faizindən çoxunu təşkil edir. Bank sisteminə etimadın əsas göstəricilərindən biri olan əhalinin əmanətləri bankların normal fəaliyyət göstərməsi üçün resurslar qismində vacib rol oynayır”.

R.Orucov bildirib ki, 2008-ci ildə bank bazarı iki dəfədən çox artıb:

“Son 5 ildə bank sistemi üzrə ümumilikdə orta illik artım təqribən 15 faiz təşkil edib. Böhrana qədərki artım tempi hazırda olduqca güclü olan aşağı depozit fonunda daha yüksək olub. Bankların institusional potensialı bu bazada sabit artmağa imkan verir. Son 5 ildə bank sektorunun kredit portfeli 2 dəfədən çox artaraq, 17 faiz orta illik artım tempi ilə 15 milyard manatı ötüb”.

Trend.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər