10 C
Baku
Thursday, December 12, 2024

Bankların kredit portfeli yenidən azalır

Bankların kredit portfeli oktyabr ayında yenidən azalmağa başlayıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, təkcə oktyabr ayında bank sektorunun kredit portfeli 14 409.3 milyon manat olub. Sentyabr ayında isə bu göstərici 14 497 milyon manat idi. Bir ayda  bankların kredit portfeli 87.7 milyon manat azalıb.

2019-cu ilin sonu ilə müqayisədə 2020-ci ilin oktyabr ayında cəmi kreditlər 491.6 milyon manat azalıb. Ötən ilin sonunda bank sektorunun cəmi kredit portfeli 14 900.9 milyon manat idi.

Qeyd edək ki, Mart ayından başlamış geriləmə iyul ayınadək davam etmiş, İyuldan sentyabr ayınadək artım bərpa edilib. Bu ilin oktyabr ayından isə yenidən bankların kredit portfeli azalıb.

Oktyabr ayında biznes kreditləri 61.3 milyon manat azalaraq 8 679.8 milyon manat, istehlak kreditləri 61.9 milyon manat azalaraq 3 746.7 milyon manat, ipoteka kreditləri isə 35.4 milyon manat artaraq 1 982.8 milyon manat olub.

Son xəbərlər
Digər xəbərlər