21 C
Baku
Monday, May 27, 2024

Bankların Mərkəzi Bankdakı məcburi ehtiyatları 1.42 mlrd. manata çatıb

Azərbaycan Mərkəzi Bankında kommersiya banklarının məcburi ehtiyatlarının həcmi 1 mlrd. 419.2 mln. manatı ötüb.

Banker.az bunu AMB-nin 2023-cü ilin yanvarın sonuna olan gstəricinə istinad edir.

Son bir ayda AMB-dəki məcburi ehtiyatlar 2%-dən çox artmış olub.

Bu artımlar 2023-cü ilin iyununda qüvvəyə minmiş yeni məcburi ehtiyat normaları ilə əlaqəlidir.

AMB ölkədə manatın inflyasiyasını səngitmək üçün mandatında olan alət – məcburi ehtiyat normalarına əl atıb.

Sterlizasiya, uçot faiz dərəcəsi ilə paralel bu prosesi də davam etdirərək bazarda krediti bahalı etməklə pul kütləsini azaltmağa çalışır.

Qeyd edək ki, Azərbaycanda artıq son bir ildə inflyasiya ikirəqəmlidir və uçot faiz dərəcəsinin pul kredit siyasətinə təsiri olduqca zəifdir.

Mərkəzi Bankın 6 iyun 2022-ci il tarixli qərarı ilə “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”na edilən dəyişikliklərin qüvvəyə minməsi məcburi ehtiyatlara dair çevik qərarların qəbuluna şərait yaradıb.  Dəyişikliyə görə, məcburi ehtiyatların milli valyutada depozitlər üzrə 4%-ə, xarici valyutada depozitlər üzrə isə 5%-ə qaldırılıb. AMB son iclasda deyib ki, bu bank sektoru üzrə öhdəliklərin maya dəyərinə cəmisi 0.044% artırıcı təsir göstərir.

AMB izahında bunu əsaslandırıb ki, izafi likvidlik şəraitində məcburi ehtiyat normalarının artırılmasının kredit faizlərinə artırıcı təsiri gözlənilmir.

2023-cü ilin yanvar ayının sonuna ölkədə dövriyyədə olan nağd pulların 14 mlrd. 714.4 mln. manatdan 14 mlrd. 557.3 mln. manata düşdüyü göstərilir.

Ölkədə cəmi depozitlərin həcmi yanvarda 36 mlrd. 249.8 mln. manatdan 35 mlrd. 552.9 mln. manata düşüb. Azalmaya təsir həm milli (12 mlrd. 803.3 mln. manat), həm də xarici valyutada olan depozitlər (11 mlrd. 980.3 mln. man. ekv.) təsir edib.

Fiziki şəxslərin depozitləri isə son bir ayda 11 mlrd. 743 mln. manatdan 11 mlrd. 928.5 manata yüksəlib.

AMB hazırda ən böyük əmsalı məcburi ehtiyatlar üzrə xarici valyutada olan depozitlər (5%) üçün tətbiq edir.

3424234324312423423423423423432423423

Məcburi ehtiyat norması qaldırıldıqda bank sisteminin kredit vermək qabiliyyəti məhdudlaşır və beləliklə, iqtisadiyyatda pul kütləsinin həcmi azalır. AMB məcburi ehtiyat normasını azaltdıqda isə bunun əksi baş verir.

Məsələn, bir fərd kommersiya bankına 1000 manat məbləğində əmanət qoyur və məcburi ehtiyat norması 1%-dir. Bu halda kommersiya bankı cəlb etdiyi məbləğin 1%-ni, yəni, 10 manatını Mərkəzi Bankda saxlamalıdır. Nəticədə kommersiya bankı cəlb etdiyi 1000 manatlıq əmanətin hamısını deyil, 990 manatını kredit resursu kimi istifadə edə bilər. Mərkəzi Bank məcburi ehtiyat normasını 1%-dən 2%-ə qaldırdığı təqdirdə isə kommersiya bankı cəlb etdiyi 1000 manatlıq əmanətin yalnız 980 manatını kredit kimi verə biləcək.

Azərbaycan Mərkəzi Bankı banklar üçün məcburi ehtiyat normaları ilə bağlı 19 dekabr 2022-ci ildə diferensial qayda tətbiq etməyə başladı. Ətraflı.

“5 (1 mlrd. manatadək olan depozitlər üçün; up to 1 bln. azn deposits),
10 (1 mlrd. manatdan çox olan depozitlər üçün; over 1 bln. azn deposits)” “6 (750 mln. manatadək olan depozitlər üçün; up to 750 mln. azn deposits),
12 (750 mln. manatdan çox olan depozitlər üçün; over 750 mln. azn deposits)”

Son xəbərlər
 ⁠
Digər xəbərlər