10 C
Baku
Wednesday, December 11, 2024

Bankların nə qədər dollar alıb-satdıqları açıqlandı – Kəskin azalma

Azərbaycan Respublikasının Mərkəzi Bankı nağd xarici valyuta ilə mübadilə əməliyyatları barəsində statistikasını açıqlayıb.

Banker.az bu barədə AMB-yə istinad edir.

Statistikaya görə, 2019-cu ilin avqust ayında banklar tərəfindən nağd 141 milyon 383 min dollar alınıb, 226 milyon 498 min dollar satılıb. Ötən ilin avqust ayında isə banklar tərəfindən 157 milyon 376 min dollar alınıb,  542 milyon 749 min dollar isə satılıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin avqust ayında dolların alışı 10,2% azalıb, satışı isə 58% azalıb.

Avqust  ayında banklar tərəfindən 12 milyon 414 min avro alınıb, 40 milyon 067 min avro satılıb. Ötən ilin analoji dövrüylə müqayisədə bu il banklar tərəfindən alınan avronun sayında 57% azalma, satışında isə 41% azalma müşahidə olunur.

Həmçinin banklar tərəfindən 2019-cu ilin avqust ayında 887 min funt sterlinq alınıb və 3,600 min funt sterlinq isə satılıb. 

Son xəbərlər
Digər xəbərlər