26 C
Baku
Saturday, July 27, 2024

Bankların sənaye və istehsala verdiyi kreditlərdə xarici valyutanın payı yüksək olaraq qalır

Azərbaycanda banklar tərəfindən sənaye və istehsal sektorunda fəaliyyət göstərən şirkətlərə verilən biznes kreditlərinin həcmində xarici valyutanın əhəmiyyətli payı qalmaqda davam edir.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 1 may 2020-ci il tarixinə olan hesabata əsasən qeyd edilən sektora verilən kreditlər 1 milyard 132,3 milyon manat həcmində təşkil etmişdir. Ümumi ölkə üzrə kredit portfelindəki payı 7,5% təşkil edib, 2019-cu ilin eyni dövründə 5,9% idi.

Bu kreditlərin 265,3 milyon manatı dövlət müəssisələrinə və 866,9 milyon manatı isə şirkətlərə verilənlərdir.

Sənaye və istehsal sektoruna verilən kreditlərin həcmində qısamüddətli kreditlərdə manat dominantlıq etsə də, uzunmüddətlidə edə bilmir.

Bu sektor üzrə hesabat dövründə qısa müddətli kredit 171,9 milyon manat, 960,4 milyon manat isə uzunmüddətli olmuşdur.

Qısa müddətli kreditin 105,8 milyon manatı manatla, 66 milyon manatı (63,5 milyon manatı özəl şirkətlərə) xarici valyuta ilə verilib. Uzunmüddətli kreditlərin 444,4 milyon manatı milli valyutada, 516 milyon manatı isə xarici valyutada müəssisələrə təqdim edilib.

Son xəbərlər
Digər xəbərlər