8 C
Baku
Tuesday, March 19, 2024

Bankların vaxtı keçmiş kreditləri və bu günün trendi (Müzakirə mövzusu)

Artıq heç kimə sirr deyil ki, bankların devalvasiyadan sonra vaxtı keçmiş kreditlərlə işi bir qədər çətinə düşmüşdür. Gecikmə hazırda bütün banklarda artır , sadəcə bəzilərində bu daha sürətlə, digərlərində nisbətən zəif sürətlə artır.

Gecikmələrin artımını şərtləndirən bir çox amillər vardır:

  • Devalvasiyadan sonra dollarda kredit götürən şəxslərin krediti yükü təxminən 34% artaraq onlara əlavə yük yaratmışdır və ödənişlərində problemlər yaranmışdır. Bankların bir çoxu müştərilərə ümumiyyətlə güzəşt etməkdən boyun qaçırırlar və beləliklə problem dahada dərinləşir. Müştəriyə güzəşt edən bankların vəziyyətidə çətindir – buda əsasən növbəti səbəblə əlaqədardır.
  • Devalvasiyadan sonra iş mühiti zəifləyib . Ticarət , tikinti və s. sahələrdə biznesin zəifləməsi xüsusi ilə sezilir. Əhalinin bir tərəfdən dollar kreditlərində olan öhtəlikləri şişib, digər tərəfdən gəlir kanalları daralıb. Bazarda istehlak səbətinin kiçilməsidə müşahidə olunur , əhali əvvəlki kimi xərcləməyə meyilli deyildir.

Qeyd olunan problemlərlə bərabər digər 2 səbəbdə vardır

  • Bazarda fəaliyyət göstərən çox bankların keyfiyyətsiz və zəif nəzarətlə verilən kreditləri məhz bu dövrdə baş qaldıraraq problemə çevrilməyə başlayıb. Bu tip kreditlərin idarə edilməsi biznes baxımdan digərlərinə nisbətən çətin və daha çox resurs tələb edən prosesdir.
  • İnkişaf modeli sürətli kreditləşməyə əsaslanıb, əldə olunan gəlir hesabına bir qism problemli kreditlərin silinməsi prosesi ilə işləyən bir neçə Azərbaycan bankı var. Bu model inkişaf etməkdə olan ölkələrdə kifayət qədər populyar bir Lakin bu modelin bir vacib populatı var – kreditləşmənin həcmi heç bir halda aşağı düşməməlidir, əks halda problemlər həndəsi silsilə ilə artmağa başlayacaqdır. Hazırda belə bir durum yaranıb – əhali kredit götürməkdə əvvəlki kimi maraqlı deyil. Hazırda demək olar bütün banklarda kreditləşmənin həcmi 50%-dən artıq düşüb. Bəzilərində bu rəqəm 80% yaxındır. Banklarda hazırki durğunluq dövründə sanki gözləmə mövqeyindədirlər, vəziyyət riskli qiymətləndirilir.

[su_quote style=”flat-light”]Hörmətli bankirlərimizi bu mövzu ətrafında müzakirəyə dəvət edirik. Proseslər necə cərəyan edəcək? Təbii ki , burada hər kəsin öz baxış nöqtəsi olacaqdır, ona görə hər kəsdən digərinin fikirlərinə hörmətlə yanaşmağı xahiş edirik.[/su_quote]

Rəylərinizi aşağıda yaza bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər

2 ŞƏRH

Comments are closed.