26 C
Baku
Saturday, July 27, 2024

Bankların verdiyi istehlak kreditlərində ciddi azalma var – (Araşdırma)

Banklar tərfindən verilən kreditlərin hər zaman böyük bir hissəsi istehlak kreditlərinə aid olub. Bu kreditlərdə hər zaman artım olmasına baxmayaraq fevral ayından etibarən bu sahə üzrə verilən kreditlərdə ciddi azalma müşahidə olunub.

Hazırda ölkədə verilən kreditlərin 39.8%-i istehlak kreditlərinin payına düşür. Bu göstərici ötən aylarla müqayisədə xeyli aşağı düşüb.

2015-ci il ərzində verilən kreditlərin dəyişmə tempi:

Capture

Onu da qeyd edək ki, ölkədə istehlak kreditləri ilə yanaşı Sənaye və istehsal sektoru üzrə də verilən kreditlərdə azalma müşahidə olunub. Lakin digər bütün sahələr üzrə cüzi də olsa artım qeydə alınıb.

İstehlak kreditlərin azalmasında isə əsas səbəb təbii ki, banklarda kreditləşmənin dayandırılmasıdır. Hazırda bəzi banklar kreditləşməni aktivləşdirsə də bir çox banklar hələ də kreditlərin verilməsini aktivləşdirməyib. Bununla yanaşı bankların daha çox istehlak kreditlərinin verilməsinə meyl salmaları isə biznes bazarının büdrəməsinə səbəb yaradır. Bu isə təbii ki, ölkə büdcəsinə öz təsirini göstərir. Bankların istehlak kreditlərinə meyl etməsinin səbəbləri təbii ki, bir çoxlarına məlumdur.  İstehsal kreditləri ilə müqayisədə məbləğin kiçik olması belə kreditlərin risk səviyyəsini aşağı salır. Həmçinin istehlak kreditlərinin gəlir səviyyəsi də nisbətən yüksəkdir. Yəni istehlak kreditlərin faiz dərəcəsi daha çoxdur.

Son xəbərlər
Digər xəbərlər